» main » AzKİL-in Ətraf Mühit seminarları start aldı

 
 
 

AzKİL-in Ətraf Mühit seminarları start aldı

Baxılıb: 650

  • Tarix: 11-10-2009, 00:00
  • AzKİL-in Ətraf Mühit seminarları start aldı
    18-09-2009

    Azərbaycan Kənd İnvestisiya Layihəsi fəaliyyətində diqqət yetirdiyi əsas istiqamətlərdən olan ətraf mühitə həsr olunan seminarlarını başa çatdırmışdır. Şimal Qərb zonasının Gənc, Şimal bölgəsinin Şamaxı şəhərlərində  müvəffəqiyyətlə baş tutan seminarlar AzKİL-lə əməkdaşlıq zəminində icma layihələrini həyata keçirən icmalar tərəfindən böyük maraqla qarşılanmış, bu sahədəki problemlərinin həllinə yönəlmiş  biliklərinin artmasına xidmət göstərmişdir. Açılış nitqləri, ətraf mühit komponentinin genış şəkildə əks olunduğu mütəxəssis təqdimatı,   həyata keçirilən layihələrdə ətraf mühit üzrə icma nümayəndələrinin etdiyi təqdimatlar və bu təqdimatlar ətrafındakı müzakirələr, ətraf mühit üzrə ən yaxşı təcrübələr və öyrənilmiş dərslər haqqında məlumatlar bölmələrini əhatə edən seminarlar AzKİL-in ekologiya sahəsindəki yürütdüyü siyasətinin bariz nümunəsi kimi yadda qaldı.( Ətraf mühit çərçivəsindəki növbəti  seminarın  Naxçıvan MR-da  keçirilməsi gözlənilir)   

    Bölmələr: main