» main » Azərbaycan Kənd İnvestisiya Layihəsinin Nəticələri üzrə KONFRANS

 
 
 

Azərbaycan Kənd İnvestisiya Layihəsinin Nəticələri üzrə KONFRANS

Baxılıb: 437

  • Tarix: 22-07-2009, 00:00
  • Azərbaycan Kənd İnvestisiya Layihəsinin Nəticələri üzrə KONFRANS
    22-07-2009

    21 iyul 2009-cu il tarixdə Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə  Dövlət Agentliyinin həyata keçirdiyi  Azərbaycan Kənd  İnvestisiya Layihəsinin nəticələri üzrə konfrans keçirildi. Dünya Bankı və Azərbaycan  Kənd İnvestisiya Layihəsinin birgə təşkil etdiyi bu konfrans icmalarda özünəinam və inkişafa investisiya devizi ilə yola çıxıb icma layihələrinə sərmayə qoyaraq əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq, infrastruktur xidmətlərindən istifadəni artırmaq məqsədlərini bacarıqla həyata kecirmiş olan AzKİL-in fəaliyyətinin nəticəsi, dövr ərzindəki məhsuldar işinin yekun göstəricisi idi.                                                                                                                                                                                         

    Tədbirdə 2005-2008 ci illərdə AzKİL-in Mugan-Salyan, Düzən-Şirvan, Naxçıvan MR iqtisaqdi bölgələrində nəzərdə tutulan fəaliyyət proqramını uğurla icra etməsinə, bacarıqların artırılması, layihənin idarəedilməsi  komponentləri zəminində qazandığı təcrübələrə ümumi baxış və yeni fəaliyyət zonalarının  təqdimatı  keçirildi. Konfrans həmçinin layihə əməliyyatlarının  ölkənin şimal və qərb ərazisində tətbiqi və eləcə də icranın Naxçıvan MR-da davam etdirilməsi məqsədilə AzKİL-in Əlavə Maliyyələşdirilməsi Sazişinin icrasının da başlanğıcı oldu. 

    Ölkə iqtisadiyyatının dinamik  sosial inkişafı sahəsində həyata keçirilən layihələrdən biri olan  AzKİL-in Milli Məclis, yerli icra orqanları, donor və qeyri-hökumət təşkilatları, benefisiar icmaların nümayəndələrini bir araya gətirdiyi və Dünya Bankının AzKİL üzrə Tapşırıq qrupunun rəhbəri Satoşi İşihara tərəfindən aparılan konfransının açılışında Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak,  Kənd Təsərrüfatı Nazirinin müavini  İlham Quliyev, Nazirlər Kabinetinin Dövlət zəmanəti ilə alınan ireditlərin, texniki yardım və qrantların alınması üzrə işlərin əlaqələndirilməsi şöbəsinin müdiri Nail Fətəliyev nitqlərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə  aparılan islahat proqramlarından biri olan Azərbaycan Kənd İnvestisiya Layihəsinin əvəzsiz xidmətlərini vurğuladılar. Azərbaycan Kənd Investisiya Layihəsinin Nəticələri  təqdimatında AzKİL-in direktoru Sübhan Əsgərov, AzKİL-in direktor müavini, icma inkişafı və bacarıqların artırılması üzrə menecer  Gülbəniz Qənbərova  2005-2008-ci illər ərzində icmalarda yoxsulluğu azaltmaq, insanların yaşayış səviyyəsini yüksəltmək, rifahını yaxşılaşdırmaq missiyasının uğurla həyata keçirilməsindən, təqdirəlayiq fəaliyyətdən,qazanılan nailiyyətlərdən bəhs etdilər.İcmaların təqdimatları bölümündə Yevlax rayon Balçılı  icmasının  lideri Xosrov Murguzov, Saatlı rayon Kamallı  icmasının bələdiyyə sədri  Əhliman Teymurovun çıxışları dinlənildi. Müzakirələrdən sonra  AzKİL-in fəaliyyətini əks etdirən film seyr edildi.“AzKİL-in Əlavə Maliyyələşdirilməsi-gözlənilən nəticələr”  mövzusunda Satoşi İşiharanın çıxışından sonra  Rufiz Çıraqzadə   Gülbəniz Qənbərova tərəfindən aparılan müzakirələr sessiyasında  AzKİL-in ən yaxşı təçrübələri icma şəbəkəsi proqramı çərçivəsində 3 paralel qrup təqdimatı ilə çatdırıldı. Proqram mütəxəssisləri   Fəridə Eminova ( Muğan-Salyan ),  Kəmalə Ağayeva (Düzən-Sirvan ),  Əbülfət Əhmədov (Naxçıvan MR) təqdimatlarında AzKİL-in əhatə etdiyi zonalarda icra olunmuş layihələrdən, onların icrası, dayanıqlığı və istismarı,icmaların inteqrasiyası, inkişafı üçün yararlı təcrübə və öyrənilmiş dərslərin yayımı,  işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalanma və nəhayət həyata keçirilməsi nəzərdə tutulan yeni icma layihələri barəsində dolğun məlumat verdilər. Daha sonra konfrans qaliblərin mükafatlandırılması və yekunlaşma bölümünün yer aldığı plenar sessiya ilə işini başa çatdırdı.Konfransda iştirak edən mətbuat orqanları nümayəndələri mərasimdən  xəbər hazırladı, “AzərTac”, “Turan”, “  İnterfaks” və digər  xəbər agentlikləri tədbirlə bağlı məlumat yaydı, televiziya kanalları əməkdaşlarının çəkdikləri reportajlar həmin axşam yayımlandı. Azərbaycan Kənd İnvestisiya Layihəsinin Nəticələri üzrə Seminar  həmçinin iclas salonunun foyesində nəfis şəkildə qurulmuş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanan ən uğurlu icma layihələrinin ustalıqla hazırlanmış maketləri , həyata keçirilmiş layihələri əks etdirən foto-stendlər , məlumat pannolarının nümayiş etdiridiyi sərgi ilə də yadda qaldı.


    Bölmələr: main