» main » Hacıqasımlı icmasında "Əlavə sinif otaqlarının tikintisi layihəsi"

 
 
 

Hacıqasımlı icmasında "Əlavə sinif otaqlarının tikintisi layihəsi"

Baxılıb: 521

  • Tarix: 20-09-2009, 20:52
  • Yeniliklər


    Hacıqasımlı icmasında "Əlavə sinif otaqlarının tikintisi layihəsi"
    20-09-2008

    19 sentyabr 2008-ci il tarixdə Saatlı rayonunun Hacıqasımlı icmasında AzKİL-in həyata keçirdiyi növbəti icma layihəsinin açılış mərasimi düzənləndi. Həyata keçirilən “Əlavə sinif otaqlarının tikintisi” layihəsinin ümumi dəyəri 47074 ABŞ dollarıdır ki, bunun da 10%-ni icma payı – kənd sakinlərinin nağd pul və əmək töhfəsi təşkil edir. Dörd ay müddətində  başa çatan layihədən 2840 nəfər kənd əhalisi faydalanacaq.          

    Layihənin açılışında iştirak edən  Saatlı rayon İcra Hakimiyyətinin , Nazirlər Kabinetinin, Kənd İnvestisiya Layihəsinin nümayəndələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində icra olunan dövlət proqramları arasında “Azərbaycan Kənd İnvestisiya Layihəsi”nin xidmətlərini vurğulayaraq bu layihənin həyata keçirildiyi Hacıqasımlı icmasının sakinlərini təbrik etdilər. Sonda Hacıqasımlı kənd orta məktəbinin direktoru Hüseyn İsmayılov layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür etdi, bu yeniliyin pedaqoji kollektivin fəaliyyətində, şagirdlərin təhsilində böyük canlanma və ruh yüksəkliyi doğuracağını söylədi. Açılış lentinin kəsilməsindən sonra layihəyə baxış keçirildi.

    Bölmələr: main