» main » Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) mühəndisləri arasında "Layihələrin texniki məsələləri və standartlar" mövzusunda Dəyirmi Masa

 
 
 

Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) mühəndisləri arasında "Layihələrin texniki məsələləri və standartlar" mövzusunda Dəyirmi Masa

Baxılıb: 542

  • Tarix: 23-09-2009, 21:15
  • Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) və

    Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) mühəndisləri

    arasında "Layihələrin texniki məsələləri və standartlar" mövzusunda Dəyirmi Masa

    23-09-2008

    22 sentyabr 2008-ci ildə Bakı şəhərində, Hökumət Evində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzdə Dövlət Agentliyi tərəfindən icra olunan Kənd İnvestisiya Layihəsinin İdarəetmə Qrupunun ofisində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə AzKİL-in mühəndisləri arasında “Layihələrin texniki məsələləri və standartlar” mövzusunda Dəyirmi  Masa keçirildi.

    MKSİF-in Tapşırıq Qrupunun təşəbbüsü ilə keçirilmiş seminarda hər iki layihənin border="0" alt=" " width="350" height="263" align="right" /> mühəndisləri və texniki nəzarətçiləri, eləcə də AzKİL-in direktor müavini, İcma inkişafı və Bacarıqların artırılması üzrə meneceri Gülbəniz Qənbərova, MKSİF Layihəsinin meneceri Dövlətxan Dövlətxanov, Dünya Bankının məsləhətçisi - bu qurumun Moldova Respublikası üzrə koordinatoru Aleksandru Ursul və digər şəxslər iştirak etdilər.

    Dəyirmi Masa əsasən 3 mövzu ətrafında: a) hər iki layihə çərçivəsində icra olunan sublayihələrdə texniki qiymətləndirmənin məqsəd və qaydaları, b)layihələrin mühəndislik və texniki standartları, c) layihələrə nəzarət və yoxlama mexanizmləri mövzuları ətrafında keçirildi və hər iki layihənin nümayəndələri tərəfindən bu barədə geniş məlumatlar verilərək sual-cavab şəklində davam etdirildi. 

    Mövzularla bağlı hər iki layihədə oxşar və fərqli cəhətlər qabarıq şəkildə təhlil olundu, daha faydalı və iqtisadi cəhətdən səmərəli təkliflər diskussiya əsasında üzə çıxdı.Başa çatmış icma layihələrinin istismarı və dayanıqlılığı barədə keçirilən diskussiya daha böyük marağa səbəb oldu və hətta bəzən sivil mübahislərə çevrildi. Tərəflər layihə çərçivəsində bu yöndə qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları, layihələrin daha uzun ömürlü olması, istismarın qəbul olunan texniki qaydalarla aparılmasını necə təmin etmək barədə danışdılar.

    Seminar təcrübə mübadiləsi, uğurlar və öyrənilmiş dərslərin bölüşdürülməsi və gələcək əməkdaşlıq üçün çox səmərəli və faydalı oldu. Sonda belə bir nəticə əldə olundu ki, hər iki layihə oxşar məqsəd və məramlar daşıyır, müxtəlif istiqamətlərdə fəaliyyət göstərsələr də hər ikisi yaxşı nəticələr əldə etmişdir.

    Əsasən Dünya Bankının maliyyələşdirdiyi iki layihə arasında keçirilən bu qeyri-rəsmi təcrübə mübadiləsi çıxışçılar və Dünya Bankının nümayəndəsi tərəfindən yüksək qiymətləndirildi. Qərara alındı ki, belə görüşlər tez-tez keçirilsin, həyata keçirilən layihələr barədə, MKSİF və AzKİL çərçivəsində keçirilən müxtəlif tədbirlər barədə bir-birilərini məlumatlandırsınlar və  həmin tədbirlərdə daha yaxından iştirak etsinlər.

     

    Bölmələr: main