» main » MARAQ İFADƏSİ ÜÇÜN DƏVƏT

 
 
 

MARAQ İFADƏSİ ÜÇÜN DƏVƏT

Baxılıb: 555

  • Tarix: 25-10-2013, 15:15
  • Kənd Təsərrüfatı Nazirliyi yanında

    Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin

    Nəzarəti altında həyata keçirilən

    Ikinci Kənd İnvestisiya Layihəsi (AzKİL-2)

    MARAQ İFADƏSİ ÜÇÜN DƏVƏT

    Bu Maraq İfadəsi üçün Dəvət sənədi 30 aprel 2012-ci ildə WB430-04/12 saylı Development Business qəzetində dərc edilmiş İkinci Kənd İnvestisiya Layihəsinin Ümumi Satınalma Elanının davamıdır.

    İkinci Kənd İnvestisiya Layihəsinin xərclərini ödəmək üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından Azərbaycan Hökumətinə müəyyən məbləğdə vəsait ayrılmışdır və bu vəsaitin bir hissəsi təşkilati davranış və idarəetmə psixologiyası üzrə təlimə sərf ediləcəyi nəzərdə tututlur.

    Təlim Mərkəzinin tapşırığının ümumi məqsədi Təşkilati Davranış üzrə fundamental konsepsiyaya dair bilik və bacarıqların artırılması, eləcə də davranış sistemi, Təşkilati Davranışın müxtəlif modelləri və menecerlər üçün Təşkilati Davranışın əhəmiyyəti konsepsiyasını əhatə edən Təşkilati Davranış modelləri vasitəsilə insani və təşkilati xarakterlə bağlı konsepsiya barədə iştirakçıların məlumatlılığını artırmaq məqsədilə Təşkilati Davranış və İdarəetmə Psixologiyası üzrə təlim kursunun keçirilməsidir.

    Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yuxarıda təsvir olunmuş xidmətləri təmin etmək məqsədilə səriştəsi olan təşkilat/təlim mərkəzlərini maraq ifadəsi təqdim etməyə dəvət edir. Maraqı olan təşkilatlar bu tapşırığın yerinə yetirilməsi üçün təşkilatın müvafiq bacarıqları haqda məlumatları və həmin təlimin keçirilməsini təmin edə biləcək kvalifikasiyalı təlimçilərin CV-lərini təqdim etməlidirlər.

    Maraqlı olan təşkilatlar aşagıdakı tələblərə cavab verməlidilər:

    Peşəkar heyətin idarəolunması mövzusunda təlimlərin keçirilməsində geniş təcrübə;
    Tapşırığın əsas tələblərinə cavab verəcək uyğun və yüksək peşəkar ixtisasli işçi heyətin movcud olması;
    Tapşırığın xüsusi tələblərinin yerinə yetirilməsi məqsədilə müasir yanaşma və metodologiyaların istifadəsində təcrübə.
    Təlim şirkətinin seçimi Dünya Bankı Borcalanları tərəfindən Məsləhətçilərin Seçimi və İşə Qəbul edilməsi barədə Təlimatda (Yanvar 2011) əksini tapan Məsləhətçilərin kvalifikasiyası əsasında seçim metoduna uyğun aparılacaq. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının ayırdığı borc və Beynəlxalq İnkişaf Assosiasiyasının Krediti və Qranti ilə həyata keçirilən seçim Dünya Bankının Təlimatında göstərilən səlahiyyətli dövlətlərin təşkilat və təlim mərkəzləri üçün açıqdır.

    Maraq ifadələri 12 noyabr 2013-cü il tarixə qədər aşağıdakı ünvana göndərilməlidir:

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
    Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi,
    İkinci Kənd İnvestisiya Layihəsi
    Ü. Hacıbəyov küç., 84, Hökumət Evi, 5-ci alaqapı, otaq 848.
    Tel: 498 10 89
    E-mail: aybeniz@azrip.org
    www.azrip.org
    Əlaqə üçün şəxs: Aybəniz Hacıyeva-İsgəndərova, Satınalmalar üzrə Menecer

    Bölmələr: main