» main » AzKIL üçün Əlavə Maliyyələşdirmə

 
 
 

AzKIL üçün Əlavə Maliyyələşdirmə

Baxılıb: 736

  • Tarix: 25-02-2008, 20:44
  • AzKIL üçün Əlavə Maliyyələşdirmə
    25-02-2008

    Layihənin uğurlu icrası, yeni rayonların icra hakimiyyətləri, bələdiyyələri və kənd sakinləri tərəfindən Azərbaycan Kənd İnvestisiya Layihəsinə layihənin bu rayonlarda da icra olunması ilə bağlı müraciətləri Azərbaycan Hökuməti ilə Dünya Bankı rəhbərliyini AzKİL üçün əlavə maliyyələşdirmə əldə etməyə sövq etmişdir. 13 fevral 2008- ci ildə Bakıda Azərbaycan Kənd İnvestisiya Layihəsi üzrə Əlavə Maliyyələşdirmə üçün Beynəlxalq İnkişaf Assosiasiyasının SDR 9,500,000 ( 15 milyon ABŞ dolları ekvivalenti) məbləğində təklif etdiyi Kreditə dair danışıqlar aparılmışdır. Layihəyə ayrılmış əlavə maliyyə vəsaitinin ümumi miqdarı 25.56 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin SDR 9.5 milyon ( 15 milyon ABŞ dollarına ekvivalent) hissəsi  BİA tərəfindən kredit qismində verilməklə, qalan  8.9 milyon ABŞ dollarıından ibarət hissəsi Azərbaycan Hökuməti və 1.66 milyon ABŞ dolları hissəsi isə benefisiar icmalar tərəfindən  maliyyələşdiriləcəkdir.

    Razılaşdırılmışdır ki,  layihəyə ayrılmış əlavə maliyyə vəsaitindən AzKİL –in fəaliyyət sahəsinin coğrafi miqyasını ölkənin şimal və şimal – qərb ərazilərinədək genişləndirmək üçün istifadə olunacaq. Bu ərazilərdə əhalinin gəlir səviyyəsinin nisbətən aşağı olduğunu, ilkin olaraq bu ərazilərin AzKİL çərçivəsində maliyyələşdirilməsinin nəzərdə tutulduğunu və bu ərazilərdə olan bir çox icmaların layihədən faydalanmaq üçün müraciət etdiklərini nəzərə alaraq, Bank Qrupu bu ərazilərin layihəyə daxil edilməsini məqsədəuyğun hesab etmişdir. Blokada nəticəsində yaşayış şəraitinin çətin olduğu Naxçıvan Muxtar Respublikasında layihənin davam etdirilməsi də hökumət və Dünya Bankı qrupu arasında razılaşdırılmışdır. Keçirilən danışıqlarda Azərbaycan Respublikası nümayəndə heyətini, Kənd Təsərrüfatı Naziri İsmət Abasov, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agetliyinin baş direktoru, Kənd İnvestisiya Layihəsinin direktoru, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və  Ədliyyə Nazirliyinin nümayəndələri təmsil edirdilər. 

     Artıq AzKİL- in fəaliyyəti 5 zonanı əhatə edəcək: 


    AzKIL üçün Əlavə Maliyyələşdirmə

    Əlavə Maliyyələşdirmə bu rayonları əhatə edəcək:  Naxçıvan Muxtar Respublikası, Ağstafa, İsmayıllı, Qazax, Qəbələ, Tovuz, Oğuz, Gədəbəy, Şəki, Daşkəsən, Qax, Xanlar, Balakən, Bərdə, Zaqatala, Tərtər, Quba, Goranboy, Qusar, Şamaxı, Samux, Gədəbəy, Ağsu, Xaçmaz və Qobustan. Layihənin  İcra müddəti 3 il uzadılmaqla 2005- 2012 illəri əhatə etməsi nəzərdə tutulur .                     

    Xatirladırıq ki, layihə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin (KTKDA) ümumi nəzarəti altında həyata keçirilir. 

    Bölmələr: main