» Son xəbərlər

 
 
 

Qaraxıdır icmasında İstixana Layihəsi

baxılıb: 63

  • Tarix: 17-04-2018, 09:54
  • Göyçay rayonunun Qaraxıdır icmasında AzKIL çərçivəsində quraşdırılmış istilikxanada fevral ayının sonunda 2800 ədəd pomidor şitili əkilib. May ayının sonunda məhsul bazara çıxarılacaq. Digər iki istilikxananın (icmanın sərmayyəsidir) hər birində isə 1800 ədəd olmaqla cəmi 3600 ədəd pomidor şitili əkilmişdir.

    Qaraxıdır icmasında İstixana Layihəsi

    Bölmələr: ---

     

    QADINLARIN İQTİSADİ SƏLAHİYYƏTLƏNMƏSİ Proqramına Start Verildi

    baxılıb: 142

  • Tarix: 19-03-2018, 09:05
  • Kənd Təsərrüfatı Nazirliyi/Dünya Bankı AzKİL benefisiarları olan KƏND QADINLARINI sevindirəcək.
    QADINLARIN İQTİSADİ SƏLAHİYYƏTLƏNMƏSİ Proqramına başladıq! İlk pilot Qadın Qruplarımız Masallı və Lənkəranda.
    Bizə göstərdiyi dəstəyə görə Hindistanlı(Kudumbaşri Layihəsi) dostlarımıza sayğılarla.

    QADINLARIN İQTİSADİ SƏLAHİYYƏTLƏNMƏSİ Proqramına Start Verildi


    Bölmələr: ---

     

    Qarabağ zonasında qarşılıqlı mübadilə görüşü baş tutdu

    baxılıb: 155

  • Tarix: 27-02-2018, 23:29
  • AzKİL-2-nin "İcma şəbəkələşməsi" çərçivəsində bu gün Qarabağ zonasının Regional Əməliyyatlar Ofisində 3 icma arasında keçirilən Qarşılıqlı Mübadilə Görüşü öz işini başa çatdırdı. Beyləqan rayonu Gödəklər icması, Ağdam rayonu Alıbəyli icması, Ağcabədi rayonu Qaraxanlı icmalarının qatıldığı bu tədbirdə İcma Qrup üzvləri İcma layihələrində qadınların rolu mövzusunda icma layihələrinin seçimində, hazırlanmasında və faydalanmada qadınların necə iştirak etdiyini, bunlarla yanaşı nəyi bacara bilmədiklərini və səbəblərini, eyni zamanda gələcək plan və istəklərindən də söz edərək öz təcrübələrini bir-birlərinə ötürməyi bacardılar və yeni təkliflər verməyi də vacib hesab edərək fəallıqlarını göstərə bildilər.

    Qarabağ zonasında qarşılıqlı mübadilə görüşü baş tutdu

    Bölmələr: ---

     
     

    Zonadaxili Qarşılıqlı Görüş bu dəfə Qusar rayonunda baş tutdu

    baxılıb: 158

  • Tarix: 26-02-2018, 09:12
  • Növbəti zonadaxili Qarşılıqlı Görüş Şimal zonasının Qusar rayonu ərazisində baş tutdu. Qusar rayonunun Bədirqala, Xudat Qazmalar, Yasab və Balaqusar icmalarının fəalları və İQ üzvlərinin təmsil olunduğu bu görüşdə AzKİL-in direktor müavini, İcma inkişafı və Bacarıqların Artırılması üzrə meneceri Gülbəniz Qənbərova və Baş Təlimçi Tünzalə Hacıyeva da iştirak edirdi.

    Zonadaxili Qarşılıqlı Görüş bu dəfə Qusar rayonunda baş tutdu

    Bölmələr: ---