» Son xəbərlər

 
 
 

Azərbaycan Kənd İnvestisiya Layihəsinin möhtəşəm zəfəri

baxılıb: 666

  • Tarix: 19-04-2010, 00:00
  • Bu günlərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin Layihə İdarəetmə Qrupuna Dünya Bankının AzKİL üzrə Tapşırıq Qrupunun rəhbəri Satoşi İşihara tərəfindən təbrik məktubu ünvanlanmışdır. S.İşihara cənabları AzKİL-in Şərqi Avropa və Mərkəzi Asiya regionunda həyata keçirilən yüzdən artıq layihə içərisindən “Insanların həyatının yaxşılaşdırılması” müsabiqəsinin namizədləri siyahısına salındığını və nəticədə qaliblər arasında yer tutduğunu bildirərək, Layihənin rəhbərlik və əməkdaşlarını bu münasibətlə səmimi qəlbdən təbrik etmiş, onun Dünya Bankında mükəmməl, uğurlu layihə kimi tanındığını vurğulamışdır.

    Bölmələr: main

     

    İcma Səfərəbərliyi üzrə seminar

    baxılıb: 627

  • Tarix: 19-03-2010, 13:52
  • Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə Məcburi köçkünlərin Sosial İnkişaf Fondunun birgə təşkil etdiyi İcma səfərbərliyinə həsr olunmuş Seminar 17-18 mart, 2010-ci il tarixləri əhatəsində keçirildi. Məqsədi İcma səfərbərliyi üzrə təcrübə, öyrənilmiş dərslərin bölüşdürülməsi, icma yönümlü inkişafın ən mükəmməl təcrübələri və səmərəli üsullarının təbliği olan mərasim ilk iş gününə Bakıda - MkSİF-in ofisində başladı. Tədbirdə Dünya Bankını nümayəndələri, hər iki tərəfin rəhbər heyəti və əməkdaşları bir araya gəldilər.

    Bölmələr: Press reziler

     

    Strateji planlaşdırma seminarı

    baxılıb: 705

  • Tarix: 19-03-2010, 00:00
  • Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi Azərbaycan Hökuməti və Dünya Bankı arasında bağlanmış Əlavə Maliyyələşdirmə Sazişinin 12 iyun 2009-cu il tarixindən qüvvəyə minməsindən sonra yeni fəaliyyət dövrünə, ilkin mərhələdə qazandığı nailiyyətlərinin, respublikada geniş vüsət alan icma hərəkatının düzgün formalaşması, inkişafı və davamlılığının təmini istiqamətində yürütdüyü missiyasının davamına başlamışdır...

    Bölmələr: main

     

    Icma Səfərəbərliyi üzrə seminar

    baxılıb: 636

  • Tarix: 19-03-2010, 00:00
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi güclü tərəfdaşlarından olan Məcburi köçkünlərin Sosial İnkişaf Fondu ilə birgə 17-18 martda, sayca üçüncü olan növbəti qarşılıqlı görüş - İcma səfərbərliyinə həsr olunmuş Seminar təşkil etdi.

    Bölmələr: main

     

    Bacarıqların Artırılması üzrə Regional Konfranslar

    baxılıb: 677

  • Tarix: 4-02-2010, 13:46
  • Əməkdaşlıq etdiyi icmaların şəbəkəsini genişləndirmək "Azərbaycan Kənd İnvestisiya Layihəsi"nin önəmli fəaliyyət istiqamətlərindəndir. İşini icmaların inkişafı üçün faydalı təcrübə və öyrənilmiş dərslərin yayılması, işgüzar əlaqələrin yaradılması, qarşılıqlı yararlanma zəminində quran icma şəbəkəsinin tərkibində əhəmiyyətli yer tutan Bacarıqların artırılması üzrə Regional Konfranslar il ərzində bir dəfə hər layihə zonasında AzKİL-in dəstəyi ilə fəaliyyət göstərən icmalar tərəfindən və icmalar üçün keçirilir. AzKİL ilə əməkdaşlıq edən icmalar əldə olunan nailiyyətlər, mənimsənilmiş təcrübə, öyrənilmiş dərsləri müxtəlif təqdimatlar, çıxışlar, müzakirə sessiyaları, diskussiyalar vasitəsi ilə gündəmə gətirərək konfrans iştirakçıları ilə bölüşür, bu sahədə bilik və bacarıqlarını artırırlar.

    Bölmələr: Press reziler