» Icma shebekesi » İcma Şəbəkəsi Nədir?

 
 
 

İcma Şəbəkəsi Nədir?

Baxılıb: 2404

  • Tarix: 11-12-2013, 15:27
  • İcma Şəbəkəsi Nədir?

    Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində həyata keçirilən icma şəbəkələşməsi öz fəaliyyətini icmaların inkişafı üçün faydalı təcrübələrin və öyrənilmiş dərslərin yayılması, integrasiya, işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalanma və s. əsasında qurur. Bu şəbəkə AzKİL Idarəetmə Qrupunun təşəbbüsü ilə yaradılır və icma qrupları, bələdiyyələr və ərazi icra nümayəndəliklərinin iştirak etdiyi yığıncaqlar tərəfindən idarə olunur.

    AzKİL Icma Şəbəkəsi 2005-ci ilin İyul ayından fəaliyyətə başlamış və layihənin sonuna qədər – yəni 2011-ci ilin Dekabr ayına qədər davam etməsi nəzərdə tutulur. Bu şəbəkələşmə aşağıdakı fəaliyyətlərdən ibarətdir:
    Zonadaxili qarşılıqlı görüşlər
    Zonalararası qarşılıqlı görüşlər
    Regional Bacarıqların Artırılması Konfransları
    Milli İcma Festivalı
    Milli İcma İnvestisiya Konfransı
    Zonadaxili qarşılıqlı görüşlər - layihənin hər hansı bir zonasındakı üç və ya daha çox icmanın İcma Layihə Komitəsi, eyni zamanda yerli bələdiyyə və icra nümayəndəliklərinin iştirakı ilə həyata keçirilir və şəbəkədaxili əlaqələrin ibtidai mərhələsi hesab olunur. Belə görüşlər hər hansı bir layihə növü və ya icma inkişafının müzakirəyə ehtiyac duyulan narahatlıqları ətrafında təşkil oluna bilər. Məhz inkişaf səviyyəsinə görə fərqlənən icmaların iştirak etdiyi qarşılıqlı görüşlər daha çox səmərəli hesab olunur, çünki inkişaf etmiş icmalarda zəngin təcrübə, zəif icmalarda isə öyrənilmiş dərslər var.Zonadaxili qarşılıqlı görüşlər adətən 2 hissədən ibarət olur: Birinci hissədə iştirakçılar icma layihələri ilə bağlı iki və ya üç mövzunu müzakirə edir, ikinci hissədə isə icrada olan icma layihəsi ilə tanış olurlar.
    2005 - 2010 - cu illər ərzində AzKİL çərçivəsində 150 Zonadaxili qarşılıqlı görüşlər keçirilmişdir ki, bu görüşlərdə 458 icmanı təmsil edən 2000- dən çox nümayəndə iştirak etmişdir. Görüşlər zamanı iştirakçılar "İcma töhfəsinin toplanması", "Monitorinq qrupunun rolu", "İcma layihəsinin dayanıqlıq və istismarı", "Ətraf mühit üzrə işlərin təşkili" və s. mövzular üzrə müzakirələr aparmış və təcrübələri ilə bölüşmüşlər.
    Düzən Şirvan zonası üzrə qarşılıqlı görüşlər hesabatı
    Zonalararası qarşılıqlı görüşlər - Layihənin Muğan Salyan, Düzən Şirvan, Şimal, Şimal - Qərb və Naxçıvan zonasındakı AzKİL icmalarının iştirak edəcəyi bu gorüşlərin səviyyəsi onların əhatə etdiyi coğrafi ərazi, iştirakçıların say tərkibi və təmsilçilik dairəsi ilə fərqlənir. Sessiya şəklində aparılan bu görüşlərdə AzKİL Regional Əməliyyatlar Ofisləri və Xidmət Təchizatçılarının əməkdaşları, icmaların, yerli icra nümayəndəliklərinin və bələdiyyələrin nümayəndələri iştirak edirlər. Sessiya Təqdimat Konfransı ilə fəaliyyətə başlayır, hər üç layihə zonasında sahə təcrübə görüşləri keçirilir və sonda Yekun Konfransı ilə başa çatır.

    Bölmələr: Icma shebekesi, Mubadile goruesleri