Gədəbəydə El Birliyinin Bariz Nümunəsi

baxılıb: 381

  • Tarix: 22-12-2014, 16:20
  • Gədəbəydə El Birliyinin Bariz Nümunəsi

    Doğma Azəribaycanımın hər bir bölgəsi gözəldir, hər qarış torpağı qiymətlidir. Bu gözəl bölgələrdən biridə Gədəbəy rayonudur. Düzünü deyim ki, mən Azərbaycan Kənd İnvistisya Layhiəsinin xətti ilə Azərbaycanın bütün rayonlarında (Quba və Qusar istisna olmaqla) olmuşam. Amma o, rayonların heç biri, mənə görə, təəbiətən Gədəbəy rayonuna bənzəməz. Çünki bu rayonun mineral və buz bulaqları, göz oxşayan yaşıl çəmənlikləri, əlvan gül-çiçəyə bürünmüş yamacları, sıx meşələri, təbii dərman bitkilərinin çoxluğu və s. digər rayonlara nisbətən daha zəngindir.

    Bölmələr: ugur hekayeleri

     

    Alpoud İcmasının Yeni Yanaşma Tərzi

    baxılıb: 526

  • Tarix: 22-12-2014, 16:19
  • Alpoud İcmasının Yeni Yanaşma Tərzi

    Bizim icma qrupu və digər icma üzvləri təşəbbüskarlıq göstərib gəlirgətirən pilot layihələr üzrə AzKİL ilə əməkdaşlığa başladıq. Əməkdaşlıq çərçivəsində icmamızda olan insani və təbii resurslar haqqında, icmadan bazara təklif etdiyimiz bitkiçilik və heyvandarlıq məhsulları və ya kənardan icmamıza gətirilən məhsullar haqqında mütəmadi olaraq müzakirələr aparırdıq.

    Bölmələr: ugur hekayeleri

     

    Əhmədli İcması Yeni İnkişafa Doğru Uğurla İrəliləyir

    baxılıb: 424

  • Tarix: 22-12-2014, 16:18
  • Əhmədli İcması Yeni İnkişafa Doğru Uğurla İrəliləyir

    Beyləqan rayon mərkəzindən 20 km məsafədə yerləşən Əhmədli icması Aran bölgəsində Xalac müalicəvi suyu ilə məhşurdur.Təşkilatlarla 2005-ci ildən əməkdaşlıga başlamışdılar.2005-ci ildə İMC humanitar təşkilatı Xalac icmasında tibb məntəqəsi inşa etmişdir.Həmin illərdən insanlar icmada mövcud olan problemlərin həllini tapmaga,sosial iqtisadi durumların yaxşılaşdırmaga çalışmışlar.AzKİL qonşu icmalarda həyata keçirdiyi layihələr haqqında eşidən kimi icma üzvləri icma yıgıncagı təşkil etmişlər.Həmin yıgıncaqda AzKİL-ə müraciyət etməyi qərara alınmışdır.

    Bölmələr: ugur hekayeleri

     

    Samanlıq İcmasının Zəfəri

    baxılıb: 457

  • Tarix: 22-12-2014, 16:18
  • Samanlıq İcmasının Zəfəri

    Cənnət məkanı kimi tanınan Gədəbəy rayonunun əksər kəndləri də uzun illərdən bəri kök salmış iqtisadi-sosial problemlərlə mübarizə aparır, şəraitsizlikdən yaxa qurtarmağa çalışırdılar. Bu vəziyyət rayonun Samanlıq icmasında da eyni idi. Buraya ilk gəlişlərində ümidsizlik, çarəsizliklə qarşılaşan AzKİL əməkdaşları özünəinam, birlik təlqin etmək, nikbin ab-hava yaratmaq və əhalinin səfərbərliyi üçün gərgin əmək sərf ediləcəyini anlamışdılar. Səfərbərlik seminarından əvvəl icmada foks qruplarla aparılan söhbətlər zamanı sakinlərdən birinin yaxınlaşıb Mən söz verirəm ki, tələb olunan saydan da artıq insanın könüllü olaraq bir araya gəlməsində sizə yardım edəcəyəm!

    Bölmələr: ugur hekayeleri

     

    Gözünüz Yolda Qalmasın

    baxılıb: 305

  • Tarix: 22-12-2014, 16:17
  • Gözünüz Yolda Qalmasın

    Yolların mövcudluğu da həyat, yaşamın özü qədər vacibdir.Yurd, ev, ocaq varsa ondan və ona doğru uzanan, bəşər sivilizasiyasının yaşıdı sayılan yollar da var olmalıdır. Kim bilir, bəlkə də insan övladının doğulduğu gündən bəri zaman-zaman gözünün yol çəkməsi, yola dalması yolun yer üzündə həyatın axışı üçün olmazsa olmazlığının təsdiqləyicisidir.Yerləşdiyi məkanın, aid olduğu yerin vizit kartı sayılan yol oranın görən gözü, danışan dili, əksetdirici aynasıdır.

    Bölmələr: ugur hekayeleri