Bəydilli İcmasının Könül Rahatlığı

baxılıb: 500

  • Tarix: 22-12-2014, 16:44
  • Bəydilli İcmasının Könül Rahatlığı

    Biləsuvar rayonunun Bəydili icması da AzKİL-lə əməkdaşlıq etmiş icmalar arasında yer alır. Rayonun ikinci böyük kəndi olan, mərkəzin 5 km.liyində yerləşən və 6.800-ə yaxın insanın məskunlaşdığı icmanın əsas sıxıntısı səhiyyə xidməti göstərəcək doğru-düzgün tibb ocağının olmaması idi. 40-cı illərdən qalma inzibati idarə binası "Tibb məntəqəsi" adını daşısa da "Adı var, özü yox" deyimi sanki buradan "ilhamlanmışdı". Sağlıq problemi olanlar rayon mərkəzinə, paytaxt xəstəxanalarına yollanmaqdan başqa çarə tanımırdı.

    Bölmələr: ugur hekayeleri

     

    İcmanın İftixarı

    baxılıb: 505

  • Tarix: 22-12-2014, 16:44
  • İcmanın İftixarı

    Göygöl rayonunda bir icma var - Şəhriyar icması. Dahi şairimiz Şəhriyarın adını daşıyan bu icma qədim tarixə malikdir. Adı dəfələrlə dəyişdirilən və sonda nəinki Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarından məcburən çıxarılan köçkünlərə, eləcədə hazırda mənfur "qonşu" ərazisində olan torpaqlarımızdan qovulan azərbaycanlı bacı-qardaşlarımıza, eyni zamanda Özbəkistan və Qırğızıstandan vətənimizə pənah gətirmiş türklərə yurda, ocağa çevrildi. Qismən də olsa fərqli adət-ənənələrə malik, ancaq eyni dərdə düçar olmuş insanların birgə məskunluğu, idarə olunması heç də həmişə asan olmurdu...

    Bölmələr: ugur hekayeleri

     

    Piyadalar İcmasında İlk Addımın Sevinci

    baxılıb: 363

  • Tarix: 22-12-2014, 16:43
  • Piyadalar İcmasında İlk Addımın Sevinci

    AzKİL-in Şimal-Qərb zonasında da infrastruktur yönündəki, kənd ərazilərində həyat şəraitinin yaxşılaşdırılması sahəsindəki təqdirəlayiq fəaliyyəti Bərdə rayonunun bütün icmalarında olduğu kimi Piyadalar icmasında da böyük maraq doğurmuşdu.Qonşu kəndlərin AzKİL ilə əməkdaşlıq edərək öz problemlərini həll etdiyini görən icma sakinləri AzKİL-ə müraciət etmək qərarına gəldilər. Piyadalar icmasının sakinləri də illər boyu problemlərdən əziyyət çəkmiş, lakin səfərbərliyə meylli olduğundan bir sıra işlər həyata keçirməyi bacarmışdı. Son illər isə insanlar sanki birləşərək problemləri həll etməyi unutmuş və bu unutqanlıq onları çətinliklərə üzləşdirmişdi. Belə ki, icmanın mərkəzi yolu tamamilə yarıtmaz vəziyyətə düşmüş, gediş-gəliş, nəqliyyatın hərəkəti son dərəcə çətinləşmişdi.Bu bərbad durumdan qurtulmaq üçün AzKİL-ə edilən müraciət, layihə meyarlarına uyğun olduğu təsdiqləndikdən sonra qəbul olundu və səfərbərlik tarixi müəyyənləşdirildi.

    Bölmələr: ugur hekayeleri

     

    Uca Qafqaz Dağlarının Büllur Suyu indi Tərkeş və Sincan Kəndlərində Axır

    baxılıb: 368

  • Tarix: 22-12-2014, 16:42
  • Uca Qafqaz Dağlarının Büllur Suyu indi Tərkeş və Sincan Kəndlərində Axır

    Bugün demək olar ki, Azərbycanın bütün bölgələrində sosial problemlər öz həllini mərhələli şəkildə tapmaqdadır. Oğuz rayonu da bu baxımdan istisna deyil. Son illərdə rayonun demək olar ki, bütün kəndlərində böyük layihələr icra olunur. Təbii ki, AzKİL-in də Oguzda bu bərpa və quruculuq işlərinə özünəməxsus qatqısı duyulmaqdadır.

    Bölmələr: ugur hekayeleri

     

    Sığdaşın 500 illik Su Həsrətinə Son Qoyuldu

    baxılıb: 547

  • Tarix: 22-12-2014, 16:42
  • Sığdaşın 500 illik Su Həsrətinə Son Qoyuldu

    Baharın isti nəfəsi Talış dağlarının ətəyində yerləşən əsrarəngiz təbiətə malik Sığdaş kəndində artıq yavaş-yavaş hiss olunmaqda idi. Həmin gün bütün Sığdaş camaatı həyatlarının bəlkə də ən sevincli gününü yaşayırdı. Çünki həmin gün 500 illik su həsrətinə son qoyulduğu günün təntənəsi Sığdaşdakı hər bir evdə hiss olunurdu və kənddəki böyük bir bayram coşqusu hər kəsin üzündən sezilirdi. Kənd ağsaqqalı Dadaş Məmmədov deyir ki, hələ sovet dövründə içməli suyu dağların başından səhənglə gətirərdilər. Son dövrlərdə isə içməli suyu uzaq məsafədən maşınla daşımaqla öz tələbatlarını qismən ödəyən kənd camaatı kənddə dəfələrlə artezian quyulari qazdırsalar da, şirin suyu əldə edə bilməyiblər. İndi də bəzi həyətlərdə 25 metr dərinliyində quyular var, amma həmin quyuların suyu içməli deyil.Əslində bu problem Masallı Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olub və hətta İcra Başçısı Rafil Hüseynovun təşəbbüsü ilə 200 metr dərinliyində artızian quyusu da qazılıb. Lakin torpağın qumlu olması səbəbindən təmiz içməli su əldə etmək cəhdi də boşa çıxıb.

    Bölmələr: ugur hekayeleri