Qadınların İcma İnkişafında Rolu

baxılıb: 401

  • Tarix: 22-12-2014, 16:10
  • Qadınların İcma İnkişafında Rolu

    AzKİL-2 Düzən Şirvan zonasında səfərbər etdiyi icmalardan biridə Ağdaş rayonu Ağzıbir icmasıdır. Ağzıbir icması Ağdaş rayon mərkəzindən 25 km məsafədə yerləşir.İcmanın 1824 nəfərə yaxın əhalisi vardır. Ağzıbir III qrup icma olduğu üçün AzKİL-2 komandası tərəfindən 3 günlük İKQ seminarı (səfərbərlik) keçirildi. Seminarın gedişi zamanı hökumət nümayəndələri ilə bərabər ziyalı qadınların fəallığını xüsusilə qeyd etmək istəyirəm.

    Bölmələr: ugur hekayeleri

     

    Ən Gözəl Nemət

    baxılıb: 442

  • Tarix: 22-12-2014, 16:09
  • Ən Gözəl Nemət

    Tarixi eramızdan əvvəl III minilliyə qədər gedib çatan Qəbələ bolgəsinin Tüntül kəndi ən qədim kəndlərdəndir. Şimal tərəfindən Nohurqişlaq, cənub tərəfindən Yengicə kəndləri ilə əhatələnmiştir. Şərq tərəfindən Vəndam çayı, qərb tərəfindən isə Dəmiraparan çayı axır. Tüntül kəndində 2500-dən çox insan yaşayır.
    Yaşı 300-ü keçmiş çinar ağacı bu kəndin yaşının heç də az olmadığını göstərir. Mülayim iqlimi ,gözəl təbiəti ilə yanaşı adları Azərbaycanın "Qırmızı Kitabına" daxil olan bir çox ağac və bitgiləri vardır bu kəndin.

    Bölmələr: ugur hekayeleri

     

    Sabirabadın Mübariz Surra İcması

    baxılıb: 460

  • Tarix: 22-12-2014, 16:08
  • Sabirabadın Mübariz Surra İcması

    Sabirabad rayonunda Kürün sahilində Surra adında bir kənd yerləşir. Surralılar da Kür vadisində yaşayan qədim sakinlərdəndir. Bəzi tarixi mənbəələrə görə kəndin əhalisi vaxtı ilə Salyanın Surra kəndindən köçüb buraya gəlmişlər. Bəzi tədqiqatçıların fikrinə görə isə kəndin adı XIII əsirdə Qərbi Türküstandan Azərbaycana köçürülmüş Sorsor və ya Sursur tayfalarının adından götürülmüşdür. Kəndin tarixi isə qədim dövrə təsadüf edir. Kənd ərazisində eramızdan əvvəl VI əsrə aid küp qəbirlər, I-III əsrə aid küp qəbirlərdən tapılmış antroopomorf və VII əsrə aid zoomorf gil əşyalar sübütdur.

    Bölmələr: ugur hekayeleri

     

    Bu Tərif Deyil, Həqiqətdir

    baxılıb: 390

  • Tarix: 22-12-2014, 16:08
  • Bu Tərif Deyil, Həqiqətdir

    Kür daşqınından sonra kəndimiz çox cətin günlər kecirirdi.Zinə sularının cox olması kəndimizdə məhsuldarlığı cox aşağı salmışdı.Kəndimizin ekologiyası pozulmuşdur. Zinə suları bəzi yerlərdə üfunətli gölməcələr yaratmışdı.İnsanlar birləşib bu problemləri həll etmək üçün cəhdlər edirdilər.Lakin yığılan pul problemin həllində çox az rol oynayırdı.Su daşqını kənd camaatımızın kasıblaşmasına da səbəb olmuşdu.İnsanların köməyə ehtiyyacı var idi.Amma ümüdlər çox az idi.

    Bölmələr: ugur hekayeleri

     

    Çiçəklənən Örənqala İcması

    baxılıb: 522

  • Tarix: 22-12-2014, 16:07
  • Çiçəklənən Örənqala İcması

    Beyləqan rayon mərkəzindən 20 km məsafədə yerləşən Örənqala icması illərdir diqqətdən, qayğıdan uzaqda qalmışdır. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı, bitkiçilik, tərəvəzçilik və heyvandarlıq olsa da kəndin öz problemləri, öz qayğıları azalmırdı. Əksinə,günü gündən artmaqda davam edirdi. Kəndin Bələdiyyə sədri olan Çingiz Nağıyev bu vəziyyətdən məmnun deyildi. İcra hakimiyyətində Bələdiyyələrin aylıq görüşü zamanı digər bələdiyyələrdən aldığı məlumat onu sevindirdi. Rayon mərkəzindən kəndə qayıdan kimi kənd ağsaqqallarını toplayıb aldığı sevincli xəbəri onlarla bölüşdü və artıq problemləri həll etməyin yolunu tapdığını bildirdi. Bu yol AzKİL 2 idi. Çingiz Nağıyev və kənd ağsaqqalları Örənqala kəndinin problemləri ilə bağlı olaraq 2013- cü ildə AzKİL 2 ofisinə müraciət üçün gəldi.

    Bölmələr: ugur hekayeleri