» ugur hekayeleri » Su Kimi Əziz Ol

 
 
 

Su Kimi Əziz Ol

Baxılıb: 789

  • Tarix: 22-12-2014, 16:52
  • Göyçayın 4.000 əhalisi olan İncə kəndində içməli suyun çatışmamazlığı problemi 15 ildən artıq zamanı aşıb günümüzə qədər gəlməkdə idi. Əhalinin, xüsusilə kəndin içməli suya tamamən həsrət qalmış kənar məhəllə sakinlərinin narahatlığına biryolluq son qoyulmurdu. Uzun iilərdən bəri başqa əqidə, fərqli quruluşun sosial-psixoloji təsiri altındakı yaşayış tərzinə uyğunlaşmış insanlar içməli su probleminin nə vaxtsa həll ediləcəyinə artıq inanmırdılar. Məhz bu inamsızlığın nəticəsi idi ki, içməli su təminatında AzKİL-in yardımçı olmaq hazırlığı icmada müəyyən tərəddüdlə qarşılanmışdı. Bu tərəddüdü icmanın RƏO-ya müraciəti, AzKİL-in icmaya yardım qərarı verməsi, kənd qiymətləndirilməsi, icma üzvlərinin layihə hazırlanmasını qəbul etməsi, layihə təklifinin reallaşması üçun qrantla təminindən və nəhayət "İçməli su təminatı" layihəsinin uğurla həyata keçirilməsindən sonra inam, sevinc əvəz etdi. Azərbaycan Kənd İnvestisiya Layihəsi aşağı infrastruktur göstəricisinə malik icmalar sırasında yer alan İncədə də Kənd Qiymətləndirilməsi prosesini keçirərək icma üzvlərinin hazırladığı layihəni təsdiq edib iş icrasını başlatdı. İllərdir içməli su korluğu çəkən, infeksiya xəstəlikləri mənbəyi olan açıq hövzələrdən içməli su ehtiyacını qarşılayan kənd əhalisinin istifadəsi üçün 1800 metr uzunluğunda su xətti çəkildi. İcmanın 20 məhəlləsində qurulan 12 ədəd bulaq indi bu ana xəttdən su ilə təmin olunur. Uzun illər sonra içməli suya qovuşan, yuxuları, xəyalları gerçəyə çevrilən İncəlilərin sevinci hədsizdir.
    AzKİL bizə yardım əlini uzadıb bu layihəni həyata keçirməsəydi acinacaqlı mənzərə göz qabağında idi. Uğurla nəticələnən bu layihə kəndimizə yenidən həyat verərək insanlarda tükənmiş yaşamaq, yaratmaq şövqünü yenidən alovlandırdı. Bunun üçün AzKİL-ə nə qədər təşəkkür etsək, yenə də azdır. - deyən kənd bələdiyyə sədri Oqtay Xəlilov İLK- in yaratdığı dayanıqlıq fondundan, davamlılığa riayətdən, layihənin həyata keçirilməsində yerli icra strukturlarının yaxın dəstəyindən də bəhs etdi. Layihə istismara verildikdən sonra icmanın daxili imkanı sayılan, problemlərin həllinə yönəldilən və müstəqil layihələrin həyata keçirilməsi üçün malliyyə mənbəyi olan dayanıqlıq fondu hesabına daha 8 bulağın qurulub kənd əhalisinin ixtiyarına verilməsi layihənin doğurduğu ən sevindirici nailiyyət kimi qəbul edilməlidir. 800-ə yaxın şagirdin təhsil aldığı kənd orta məktəbi də içməli sudan korluq çəkirdi və onların təlim-tərbiyəsi ilə məşğul olan 75 müəllimdən ibarət pedaqoji kollektiv bu layihəni dəstəkləyənlər siyahısında başda yer alırdı. Layihə bitdikdən sonra çəkilən sudan kənd məktəbi də nəsibini aldı və burada da bulaq quraşdırılaraq istifadəyə verildi. Həyat mənbəyi olan suyun öz varlığıyla şagirdlərin təhsilinə, dərsə davamiyyətə, müəllim kollektivinin fəaliyyətinə böyük canlanma və ruh yüksəkliyi qatdığı göz önündədir.

    Bölmələr: ugur hekayeleri