» ugur hekayeleri » Ərəb İcmasının Sevinc Məmbəyi

 
 
 

Ərəb İcmasının Sevinc Məmbəyi

Baxılıb: 691

  • Tarix: 22-12-2014, 16:51
  • O gün Ağdaş rayonunun Ərəb icmasında toy-bayram əhvalı vardı. Uzun illərdən bəri davam edən problemə nəhayət son qoyulmuşdu. Çox bəsit sağlamlıq məsələsi ilə bağlı başqa kəndlərə, rayona üz tutmaq ərəblilər üçün bundan belə tarixə qarışırdı. Artıq sağlıqlarının keşiyində duracaq, rahatlıqla müraciət edəcək və "bizim" deyə biləcəkləri tibb ocaqları vardı. İstifadəyə verilən "Tibb məntəqəsinin tikintisi" layihəsi bu gündən etibarən onların ixtiyarında idi.Əvvələr şəraitsizlik və antisanitariyayanın hökm sürdüyü köhnə, darısqal kolxoz mağazasında məskunlaşdırılan "tibb ocağı"nda sağlıqlı və yararlı səhiyyə xidmətindən əlamət yox idi. Dərdlərinə çarə qılınmayan sakinlər rayon mərkəzi və ya paytaxt xəstəxanalarına pənah aparırdılar. Uşaqlar və hamilə qadınlara ilkin tibbi müdaxilə, müayinə ən aktual sağlıq problemi olaraq qalmaqda idi. Çarəyə çözüm doğma yurdda deyil, başqa yerlərdə aranırdı. Bu problem uzun illər davam etsə də, nəhayət AzKİL-in əli ilə həll olundu və Ərəb icmasında həyata keçirilən "Tibb məntəqəsinin tikintisi" layihəsi böyük uğurla nəticələndi. 2100 nəfərin, eyni zamanda qonşu icma sakinlərinin də faydalandığı şəfa ocağı sağlıq məsələsi ilə müraciət edən hər bir insana səviyyəli tibb xidməti göstərmək üçün dövlət tərəfindən maaş alan xüsusi ixtisaslı işçilərlə-iki tibb bacısı, sağlamlıq müdiri, sanitarla və texniki tibb ləvazimatı ilə təmin edilmişdir (2009-cu ilin smetasında daha bir neçə adda tibbi avadanlığın təmini gözlənilir). Mərkəzi xəstəxananın balansında olan, dörd otaqdan ibarət məntəqə binasının dayanıqlılıq məsələlərinə birbaşa kənd bələdiyyəsi nəzarət edir. Layihənin uzun müddətli və problemsiz fəalliyati üçün İLK dayanıqlıq fondu yaratmış, istismara yararlı halda qalması məqsədilə tədbirlər planı hazırlamışdır. Tibbi tullantılar isə şəkildə toplanıb yandırılır, xüsusi ərazidə basdırılacaq zərərsizləşdirilir.Yaşanan əziyyətlərdən sonra hər kəsin ürəyincə olan və icmada dəyəri biçilməz qiymətə sahib bu ocağın tibb personalı işinin öhdəsindən layiqinca gəlir, tibb məntəqəsinə gələnlərə yüksək sağlıq xidməti göstərmək üçün səylə çalışır. Ən əsası isə azyaşlı uşaqların peyvənd kompaniyası və hamilə qadınların müayinəsində yaşanan problemlərə son qoyulması hamıya sevinc yaşatmışdır. Daha əvvəl pərakəndə şəkildə, məsələn, kənd məktəbinin sinif otaqlarında aparılan peyvəndetmə prosesi dərs gedişatında meneçiliyə səbəb olur, kollektivi təlimdən yayındırırdı. İndi isə doğma şəfa ocağında, vaxtında, müntəzəm və ciddi şəkildə peyvənd kompaniyaları təşkil olunur, hamilə qadınların ilkin qeydiyyatı və müayinəsi mütəmadi olaraq aparılır.AzKİL bizə problem və çətinlikləri dərk etməyi, onların həlli yollarını axtarmaq üçün birləşib səfərbər olmağı, yaratmağı və yaratdığımızı qoruyub saxlamağı öyrətdi. Dövlət qayğısının parlaq təzahürü olan AzKİL artıq hər bir icma sakininin güvənc yeri, böyük dayağı sayılır. Ümdəsi isə inamsızlığa düçar olan insanlara özünəinam, etimad hissi aşılayaraq həyat coşqusu verən AzKİL onların həyatında mənəvi və psixoloji çevrilişə vəsilə oldu-deyə ərazi icra nümayəndəsi Xanmusa Məmmədov ürək sözlərini belə ifadə etdi.Öz büdcəsindən layihəyə maddi vəsait və əmək töhfəsi şəklində dəstək göstərən, layihənin həyata keçirilməsində yaxından, canfəşanlıqla iştirak edən Ərəb icmasının sakinləri davamlılığı şərtləndirən əsas amillərdən sayılan sahibkarlıq hissi ilə aşılanaraq özlərini layihənin sahibi hesab edir, davamlılıq üçün əllərindən gələni əsirgəmirlər. İcmada aparılan səfərbərlik prosesində hər birinin fəal iştirakının işə yaradığını, ehtiyacların sıralanmasında sağlamlıq ocağı problemini gündəmə gətirərək həllinin irəli sürülməsində yanılmadıqlarını anlayan ərəblilər nəticədə arzuladıqları tibb məntəqəsinə sahib olduqları üçün çox sevinir, AzKİL-lə əməkdaşlığın verdiyi qürur hissini doya-doya yaşayaraq bu birliyin davamını qəlbdən arzulayırlar.

    Bölmələr: ugur hekayeleri