» ugur hekayeleri » Şəfalı Günlərə Salam

 
 
 

Şəfalı Günlərə Salam

Baxılıb: 586

  • Tarix: 22-12-2014, 16:45
  • Biləsuvar rayonunun Aşağı Cürəli icmasında da köhnə əyyamın dərin izləri hiss olunmaqda idi. İcmanın yolu tamamilə dağılmış və yararsız hala düşmüşdü. Qışda dizə qədər qalxan palçıq, yayda nəfəs almağa imkan verməyən toz dumanı, yeriyərkən diqqət tələb edən dərin çalalar yolun yarıtmazlığından xəbər verirdi. Sakinlər rayon mərkəzi ilə müntəzəm əlaqə saxlaya bilmir, becərdikləri məhsulu bazara çıxarmaqda böyük sıxıntıyla üzləşirdilər. Bu acınacaqlı durum gediş-gəlişi yararsız hala gətirmiş, hətta bir çox qəza hadisələrinin baş verməsinə səbəb olmuşdu. Ehtiyaclar yalnız bununla məhdudlaşmır, içməli və suvarma su çatışmamazlığı, tibb məntəqəsinin olmaması, məktəb binasının bərbad vəziyyəti də icmanın narahatlığını artırırdı. Problemlər labirintində ehtiyaclarla baş-başa qalmış kənd sakinləri çözüm arayışında idilər.
    Qonşu Biləsuvar rayonunun bir sıra icmalarında layihələr həyata keçirən AzKİL barədə məlumat alan Aşağı Cürəlilər ehtiyacları üçün dərhal Muğan-Salyanda yerləşən ofisə müraciət etdilər. AzKİL müraciətdən sonra infrastruktur indeksi aşağı olan bu icmada da İlkin icma qiymətləndirilməsi, səfərbərlik və təlimlər keçirib icma üzvlərinin hazırladığı layihəni təsdiq edərək iş icrasını başlatdı. Bütün mərhələlərdə yüksək fəallıq nümayiş etdirən icma sakinləri oz büdcələrindən maddi vəsait və əmək töhfəsi şəklində dəstək göstərərək layihənin uğurla nəticələnməsinə müvəffəq oldular və 2938 , dolayı olaraq isə 15000 nəfərdən çox insanın faydalanacağı, iqtisadi vəziyyətini yaxşılaşdıracaq olan "Yolun bərpası" layihəsi 2008-ci ilin aprelində başa çatdı.- Qədəmi sayalı olan AzKİL-in maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə icmanın digər problemlərinin həlli üçün stimul oldu və içməli su təminatı üçün Ekoloğiya Nazirliyinə edilən müraciət ərazidə Su təmizləyici qurğunun quraşdırılması ilə nəticələndi-deyə icma lideri Əli Abuzadə məlumat verdi. Digər ehtiyacların AzKİL-in yaxın dəstəyi ilə müəyyənləşdirilib sıralanması onların düzgün həllində əsas meyar oldu və tibb məntəqəsinin tikintisi, məktəb binasının təmirininin dövlət tərəfindən büdcəyə salınması kimi irəliləyişlər icmanın həyatında böyük canlanma doğurdu.
    AzKİL ilə əməkdaşlıqdan sonra Aşağı Cürəlilər artıq icmanın mövcud problem və ehtiyacları ətrafında birləşərək onların həlli, əldə olunmuş dəyərlərin uzun müddətlilik və dayanıqlılığına birgə cəhd göstərməyi, yaratmağı və qoruyub saxlamağı öyrəndi, icma inkişafının səfərbərlik, fond yaratma, resursları müəyyən etmə kimi əsas proseslərində öz bilik, bacarıq və vərdişlərini daima artırmaq amalıyla aşılandı. "Cəfa çəkən, səfa görər" deyiminin dərinliyinə varan Aşağı Cürəlilər indi icmada səfalı günlərini yaşayır, ümumi ehtiyaclar üçün həmişə birgə cəfa çəkməyə hazır olduqlarını nümayiş etdirirlər.

    Bölmələr: ugur hekayeleri