» ugur hekayeleri » Bəydilli İcmasının Könül Rahatlığı

 
 
 

Bəydilli İcmasının Könül Rahatlığı

Baxılıb: 566

  • Tarix: 22-12-2014, 16:44
  • Biləsuvar rayonunun Bəydili icması da AzKİL-lə əməkdaşlıq etmiş icmalar arasında yer alır. Rayonun ikinci böyük kəndi olan, mərkəzin 5 km.liyində yerləşən və 6.800-ə yaxın insanın məskunlaşdığı icmanın əsas sıxıntısı səhiyyə xidməti göstərəcək doğru-düzgün tibb ocağının olmaması idi. 40-cı illərdən qalma inzibati idarə binası "Tibb məntəqəsi" adını daşısa da "Adı var, özü yox" deyimi sanki buradan "ilhamlanmışdı". Sağlıq problemi olanlar rayon mərkəzinə, paytaxt xəstəxanalarına yollanmaqdan başqa çarə tanımırdı. Problem isə olduğu kimi qalır, həllinə cəhd göstərilmirdi.AzKİL nümayəndələrinin icmaya gəlişi Bəydililər üçün gözlənilməz oldu. Kənd fəalları onun məqsəd və məramı, əməkdaşlıq şərtləri ilə tanış olduqdan, bunların icma üçün məqbulluğunu bildirdikdən sonra səfərbərlik aparıldı, təlimlər keçirildi. Vazkeçilməz olan sağlamlıq məsələsinin həllini irəli sürən icma buna nail oldu və üç ay müddətinə "Tibb məntəqəsinin tikintisi" layihəsi uğurla başa çatdı. 8 otağı,13 nəfərdən ibarət personalı olan məntəqə artıq iki ildən çoxdur ki, tibbin terapiya, pediatriya, stomatologiya, ginekologiya sahələri üzrə sakinlərə yüksək səviyyədə sağlıq xidməti göstərir, daha əvvəllər əziyyət, çətinliklərlə həyata keçirilən peyvəndetmə, hamilə qadınların ilkin qeydiyyatını indi müntəzəm və rahat şəkildə reallaşdırır.
    Rayon icra hakimiyyəti və səhiyyə şöbəsi arasında bağlanan rəsmi müqaviləyə əsasən məntəqə balansa alınmış, tibbi avadanlıqla təchiz edilmişdir. Diqqətçəkən ən maraqlı fakt qazanılan bu dəyərdən sonra əhali arasında son üç il ərzində nüfuz sayının 1000 nəfərə qədər artmasıdır.Fəaliyyətini davam etdirən icma fondu hesabına icmada təqdir ediləcək işlər aparılmış, su xətləri və yollar bərpalaşdırılmış, körpü salınmış, qaz çəkilmiş, xeyir-şər məclislərinin keçirilməsi üçün yer təşkil edilərək zəruri ləvazimatla təmin olunmuşdur. Hazırda bələdiyyənin də yaxın köməkliyi ilə 600 m. uzunluğunda yeni yol çəkilişi və kənd məscidinin tikintisi sürətlə davam etməkdədir.- Yaxında məntəqənin ətrafına hasar çəkilməsi, ərazisinin yaşıllaşdırılması, ağacların əkilməsi nəzərdə tutulur. Icma fondu hesabına həyata keçirilən əlavə tikililər (su qurğuları, hovuz, su çəni) layihənin dayanıqlılığı, uzunmüddətli istismarını və səmərəliliyini artırmışdır - deyə icma lideri Mirsahib Zəkiyev söhbət zamanı qeyd etdi. Tibb məntəqəsi inşa edilib təhvil verildiyi zaman icra hakimiyyəti vəsaitinə ərazisi və ətraf yolu asfaltaşdırılıb. Məntəqənin xidməti ilə mütəmadi olaraq maraqlanan, işinə nəzarət edən rayon xəstəxanasının yeni tbbi avadanlıqla - laboratoriya analiz cihazları ilə təchizi gözlənilir.Şəfa ocağının göstərdiyı sağlıq xidmətindən bəhrələnən bəydililər artıq asudə yaşayır, ən cüzi sağlıq problemiylə buraya üz tutub könül rahatlığı ilə dönəcəklərinə əmindirlər.

    Bölmələr: ugur hekayeleri