» ugur hekayeleri » İcmanın İftixarı

 
 
 

İcmanın İftixarı

Baxılıb: 574

  • Tarix: 22-12-2014, 16:44
  • Göygöl rayonunda bir icma var - Şəhriyar icması. Dahi şairimiz Şəhriyarın adını daşıyan bu icma qədim tarixə malikdir. Adı dəfələrlə dəyişdirilən və sonda nəinki Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarından məcburən çıxarılan köçkünlərə, eləcədə hazırda mənfur "qonşu" ərazisində olan torpaqlarımızdan qovulan azərbaycanlı bacı-qardaşlarımıza, eyni zamanda Özbəkistan və Qırğızıstandan vətənimizə pənah gətirmiş türklərə yurda, ocağa çevrildi. Qismən də olsa fərqli adət-ənənələrə malik, ancaq eyni dərdə düçar olmuş insanların birgə məskunluğu, idarə olunması heç də həmişə asan olmurdu...

    İcma sakinləri tərəfindən bələdiyyə sədrliyinə seçilən, gənc nəslin layiqli təmsilçisi İftixar Hüseynov ilk gündən həmkəndlilərinin həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni edir, öhdəsindəki vəzifəni layiqincə icra etməyə səy göstərirdi. Kənd ağsaqqalları ilə birgə məşvərət nəticəsində icmanın ən əsas və təxirəsalınmaz probleminin həlli üçün donor təşkilat axtarmaq və sakinlərin səyi ilə digər problemləri bir-bir aradan qaldırmaq qərara alındı. Eyni zamanda Göygöl rayon İcra Hakimiyyətində AzKİL-in fəaliyyəti barədə keçirilən təqdimat iclasında İftixar Hüseynov vaxt itirmədən layihə haqqında məlumat toplamağa başladı və ardından onun təşəbbüsü ilə edilən müraciət qəbul olundu. Səfərbərliyə hazırlıq və proses zamanı icma sakinləri kəndin rifahı üçün hər zaman çalışan bələdiyyə sədrinin ətrafında yenidən birləşdılər. İcma Layihə Komitəsinə namizədlər siyahısının hazırlanması zamanı da iştirakçılar yekdilliklə onun namizədliyini irəli sürdülər. İLK-in tərkibində icmanın bütün sosial qrupları təmsil olundu. Lakin, hamının ürəyində narahatçılıqdan doğan suallar baş qaldırırdı: -"Görəsən işlərin sonrakı gedişatında narazılıq yaranacaqmı?"," Layihə bütün icma sakinlərinə eyni dərəcədə xidmət edəcəkmi?", "İLK üzvləri tərəfindən ayrı-seçkiliyə yol verilərmi?" Bu suallar layihə təklifi hazır olana qədər hər kəsi rahatsız edirdi. Ta ki, layihə təsdiqi görüşü zamanı təqdim olunan cizgidə bütün küçələrin tam əhatə edildiyi görülənə qədər. Rahat nəfəs alan sakinlər bu cizginin yetərincə əhatəli olmasının kimdən qaynaqlandığını öyrənmək istədiklərində, onlara bələdiyyə sədri, İLK üzvü İftixar Hüseynovun mühəndislərlə birgə, bütün yolları qarış-qarış gəzdiyini, ehtiyacı olan hər qarış yolun cizgidə yer tutmasına xüsusi diqqət yetirdiyi çatdırıldı. Gənc eloğluna yönələn minnətdarlıq baxışları və "Halal olsun belə oğula, bizim fəxrimizə, iftixarımıza! Icma sənin liderliyinlə daha çox işlər görəcək, çox problemlərin öhdəsindən gələcək!" nidaları İftixarın adına layiq olduğunu təsdiq edirdi.

    Bölmələr: ugur hekayeleri