» ugur hekayeleri » Uca Qafqaz Dağlarının Büllur Suyu indi Tərkeş və Sincan Kəndlərində Axır

 
 
 

Uca Qafqaz Dağlarının Büllur Suyu indi Tərkeş və Sincan Kəndlərində Axır

Baxılıb: 425

  • Tarix: 22-12-2014, 16:42
  • Bugün demək olar ki, Azərbycanın bütün bölgələrində sosial problemlər öz həllini mərhələli şəkildə tapmaqdadır. Oğuz rayonu da bu baxımdan istisna deyil. Son illərdə rayonun demək olar ki, bütün kəndlərində böyük layihələr icra olunur. Təbii ki, AzKİL-in də Oguzda bu bərpa və quruculuq işlərinə özünəməxsus qatqısı duyulmaqdadır. Belə ki, AzKİL-in Oğuz Rayon İcra Hakimiyyəti ilə uğurlu əməkdaşlığının nəticəsi olaraq rayon mərkəzindən 15 km məsafədə yerləşən Tərkeş və Sincan kəndləri bugün nahəyət ki, öz sevincli günlərinə qovuşdular. Tərkeş və Sincan Bələdiyyə sədri Sərxan Zahidovun sözlərinə görə hər iki icmanın içməli su xətti uzun müddət əsaslı bərpa edilmədiyindən bərbad vəziyyətə düşmüşdü. Kəndlərin bir hissəsinə su ümumiyyətlə çatmırdı, digər yerlərdə isə çox az gəlirdi. Su anbarları kiçik olduğundan suyun bir hissəsi boş yerə axıb gedirdi, kənddə olan bulaqlar yararsız vəziyyətə düşmüşdü. Yaranmış su qıtlığı sakinlərin haqlı narazılığına səbəb olurdu. Bu problemi kökündən həll etmək məqsədi ilə qonşu Tərkeş və Sincan icmaları birləşərək AzKİL-in maddi və texniki dəstəyi ilə ümumi uzunluğu 5600 metr olan su xəttini polietilen və metal borularla təmir edərək 6 ədəd su bulağı tikdilər və bir ədəd 16 tonluq su çəni quraşdırdılar.Sincan İcra Nümayəndəsi Azər Məcidov deyir ki, bugün biz əsas su sisteminin təmiri nəticəsində içməli su problemi hər iki icmada birdəfəlik öz həllini tapdığının şahidi olduq. İçməli su təminatının yaxşılaşması icma sakinlərinin ekoloji təmiz su ilə təmin olunması ilə yanaşı, həm də əlavə xərclərin qarşısının alınması nəticəsində ailə büdcələrinə 22 % qənaət edilməsi deməkdir. Kənddə mövcud olan məktəbin və tibb məntəqəsinin içməli su təminatının yaxşılaşması nəticəsində insanlarda yüksək-əhval ruhiyyə yaranmışdır.Hər iki icmanın 6000-dən çox sakini daimi içməli su ilə təmin olunubsa, deməli bu böyük bir nailiyyətdir.Bu yaxınlarda layihənin təntənəli açılış mərasimlərinə qatılan AzKİL-in Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova bunları söylədi: Biz çox səbirsizliklə gözləyirdik ki, Tərkeş və Sincan kəndlərinə su nə vaxt gələcək. Bu insanlar uzun illər idi ki, su qıtlığından əziyyət çəkirdilər. AzKİL-in hal-hazırda Azərbaycanın 56 rayonunda fəaliyyət göstərdiyini vurğulayan Gülbəniz xanım artıq 4-cü su layihəsinin Oğuzda başa çatmasını böyük qürur hissi ilə vurğuladı. AzKİL-ə göstərdiyi dəstəyə görə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanova təşəkkür edən Gülbəniz xanım AzKİL-in bu rayonda bir çox infrastruktur tipli layihələr həyata keçirdiyini və bu layihələrin icrası zamanı rayon rəhbərliyinin qayğı və dəstəyinin hər zaman hiss olunduğunu dilə gətirdi. Gülbəniz xanım hər iki icma qrupunun layihənin icrasına qədər və icra olunan müddətdə göstərdikləri fədakarlıqlrını yüksək qiyymətləndirərək onu da bildirdi ki, əgər icma eyni zamanda hökumət strukturları ilə uğurlu əlaqələr qura bilirsə həmin ərazidə AzKİL fəaliyyətini daha da genişləndirir. Tərkeş və Sincan da məhz belə icmalardandır.Açılış mərasimində təbrik nitqi ilə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov son iki ildə Oğuz rayonunda AzKİL vasitəsilə kənd yollarının bərpa olduğunu, su çəkildiyini, tibb məntəqələrinin inşa edildiyini xatırladıb. Mən çox böyük qürur hissi ilə bildirmək istəyirəm ki, AzKİL digər rayonlarla müqaisədə son iki ildə 14 layihə icra etməklə Oğuz rayonunda daha çox işlər görüb və bu münasibətlə AzKİL rəhbərliyinə xüsusi minnətdarlığımı bildirirəm İndi uca Qafqaz dağlarının büllur kimi suyu bu iki kənddən axır və bu hamımız üçün həm sağlamlıqdır, həm də təmizlikdir. Təbii ki, qarşıda həll olunacaq digər sosial problemlər var. Amma bu gün tam əminliklə deyə bilərik ki, indi Tərkeş və Sincan icmaları AzKİL və hökumət qurumları ilə etdiyi faydalı əməkdaşlığın təcrübəsi əsasında digər problemləri həll etmək iqtidarındadır. Bunun üçün AzKİL Tərkeş və Sincan icmalarının timsalında hər bir aktiv və təcrübəli icmaya öz dəstəyini verməyə hazırdır.
    Uca Qafqaz Dağlarının Büllur Suyu indi Tərkeş və Sincan Kəndlərində Axır

    Uca Qafqaz Dağlarının Büllur Suyu indi Tərkeş və Sincan Kəndlərində Axır

    Uca Qafqaz Dağlarının Büllur Suyu indi Tərkeş və Sincan Kəndlərində Axır

    Uca Qafqaz Dağlarının Büllur Suyu indi Tərkeş və Sincan Kəndlərində Axır

    Bölmələr: ugur hekayeleri