» ugur hekayeleri » Sığdaşın 500 illik Su Həsrətinə Son Qoyuldu

 
 
 

Sığdaşın 500 illik Su Həsrətinə Son Qoyuldu

Baxılıb: 546

  • Tarix: 22-12-2014, 16:42
  • Baharın isti nəfəsi Talış dağlarının ətəyində yerləşən əsrarəngiz təbiətə malik Sığdaş kəndində artıq yavaş-yavaş hiss olunmaqda idi. Həmin gün bütün Sığdaş camaatı həyatlarının bəlkə də ən sevincli gününü yaşayırdı. Çünki həmin gün 500 illik su həsrətinə son qoyulduğu günün təntənəsi Sığdaşdakı hər bir evdə hiss olunurdu və kənddəki böyük bir bayram coşqusu hər kəsin üzündən sezilirdi. Kənd ağsaqqalı Dadaş Məmmədov deyir ki, hələ sovet dövründə içməli suyu dağların başından səhənglə gətirərdilər. Son dövrlərdə isə içməli suyu uzaq məsafədən maşınla daşımaqla öz tələbatlarını qismən ödəyən kənd camaatı kənddə dəfələrlə artezian quyulari qazdırsalar da, şirin suyu əldə edə bilməyiblər. İndi də bəzi həyətlərdə 25 metr dərinliyində quyular var, amma həmin quyuların suyu içməli deyil.Əslində bu problem Masallı Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olub və hətta İcra Başçısı Rafil Hüseynovun təşəbbüsü ilə 200 metr dərinliyində artızian quyusu da qazılıb. Lakin torpağın qumlu olması səbəbindən təmiz içməli su əldə etmək cəhdi də boşa çıxıb.
    Buna baxmayaraq kənd camaatı ümidini hələ də üzməmişdi. Çox keçmədən ümidlər gerçəkliyə çevrildi və məhz AzKİL-in bu ərazilərə gəlişi və problemə fərqli yanaşması yekun nəticədə kəndin daimi su ilə təmin olunması ilə nəicələndi. Əslində hər şey o qədər də asan olmadı. AzKİL-in mühəndisi suyun məmbəyinə dəfələrlə səfərlər edərək onun səviyyəsini yoxlamışdı. Gözəyarı aparılan ölçmələr suyun səviyyəsini aşağı olmasını göstərmişdi, amma nivelirlə aparılan ölçmələrdən sonra məlum oldu ki, suyun səviyyəsi onu kəndə çəkməyə imkan verir. Uzun texniki araşdırmalardan sonra nəhayət ki, 5 min metr uzunluğunda polietilen borular vasitəsilə su çəkildi, eləcə də kənddə bir bulaq kompleksi tikilərək sakinlərin istifadəsinə verildi.Kənd ağsaqqalı Şahmarov Yədulla deyir ki, insanlar artıq 2013-cü ilin noyabr ayından bu sudan istifadə etməyə başlayıblar və sakinlərin sözlərinə görə bu suyun şəfaverici xüsusiyyətləri çoxdur. Bəziləri isə onun keyfiyyətini Kəlbəcər suyu ilə müqasə edirlər.
    Öz nüfuzu ilə Sığdaş camaatının rəğbətini qazanmış Hümbət Cəfərov həm icma lideri, həm də ki, bir ağsaqqal kimi öz sevincini belə ifadə edir: Bugün bizim üçün çox həyəcanlı bir gündür və mən hələ də inana bilmirəm ki, bizim suyumuz var. Nə yaxşı ki, həyatda xeyirxah insanlar var. AzKİL olmasaydı bu gözəl gün bizə nəsib olmayacaqdı. Dədə-babalarımız bu suyun nisgili ilə həyatdan köçüblər. Demək bizə qismət imiş.Baharın ilıq nəfəsinin duyulduğu həmin möhtəşəm gündə layihənin təntənəli açılış mərasiminə qatılaraq Sığdaş camaatının sevincini paylaşan AzKİL-in Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova bunları söylədi: Əziz Sığdaş camaatı. Gözünüz aydın! Birinci dəfə bura gələndə gördük buranın gözəl torpağı və havası var,amma gözəl suyu yoxdur. İndi nə yaxşı ki, sizin gözəl suyunuz da var. Gülbəniz xanım eyni zamanda bu layihənin, eləcə də digər layihələrin Masallı rayonunda ərsəyə gəlməsində Rafil müəllimin məxsusi rolunu, həmçinin onun AzKİL-ə xüsusi yanaşmasının və hörmətinin olduğunu vurğulayaraq bu əməkdaşlığın davamlı olacağına əminliyini bildirdi.

    AzKİL-in Direktoru Sübhan Əsgərov da Sığdaş camaatını təbrik edərək onlara gözaydınlığı verdi. Su həyat məmbəyi olaraq insanlar üçün ən önəmli vasitədir. Bu gün mən 3970 nəfər əhalinin suya olan tələbatı ödənilməsində AzKIL-lə əməkdaşlıq etmiş və bu layihənin uğurlu alınmasında müstəsna rolu olan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova sonsuz təşəkkürümü bildirirəm. Bu layihəni birgə həyata keçirməklə biz hadaha yüksək zirvəyə qalxdıq. Qeyd edildi ki, burada su problemi 500 ilə yaxın bir müddətdə insanlara çətinliklər yaşadıb. Əgər bu layihəyə bizim hər hansı bir qatqımız olubsa, deməli biz dünyanın ən xoşbəxt insanlarıyıq ki, belə bir müqəddəs işin öhdəsindən gəlmişik.

    Bölmələr: ugur hekayeleri