» ugur hekayeleri » Gələcək Nəslin Daha Sağlam Böyüməsi İstiqamətində AzKİL-dən Töhfə

 
 
 

Gələcək Nəslin Daha Sağlam Böyüməsi İstiqamətində AzKİL-dən Töhfə

Baxılıb: 588

  • Tarix: 22-12-2014, 16:41
  • Dinamik inkişaf edən ölkəmizin gələcək nəslinin sağlam böyüməsi, onların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə inkişaf etməsi üçün zəruri şəraitin yaradılması, eləcə də hərtərəfli şəxsiyyət kimi formalaşmasıölkə başçısının daim diqqət mərkəzindədir. Bu istiqamətdə görülən mühüm tədbirlərin tərkib hissələrindən biri də məktəbəqədər təhsil müəssisələrindən olan körpələr evi və uşaq bağçaları şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazasının yaxşılaşdırılması və təlim-tərbiyə prosesində fəal iştiraklarının təmin olunmasıdır. AzKİL-inbu yaxınlarda icrasını uğurla tamamladığı layihələrindən biri də məhz bu məqsədi daşıyır. Belə ki, gələcəyimiz olan uşaqların sağlam ruhda və düşüncədə böyümələrinə şərait yaradacak olan "Uşaq Bağçasının Əsaslı Təmiri" layihəsi Göyçay rayonunun Cəyirli icmasında uğurla həyata keçirilmişdir.
    Cəyirli icması Göyçay rayon mərkəzindən 12 km məsafədə yerləşir. İcmada olan uşaq bağçası uzun müddət əsaslı təmir edilmədiyindən bərbad vəziyyətdə idi. İcma qrupunun aktiv qadın nümayəmdələrindən biri olan Könül Rəhmanovanın sözlərinə görə bağça binası təmirsiz olduğu üçün uşaqların burada məktəbəqədərki təhsil alması üçün heç bir şərait yox idi. Məhz bu problemə görə uşaqların davamiyyəti zəifləyir, təhsilin səviyyəsi aşağı düşürdü. Bu vəziyyət eyni zamanda uşaqlarımızın sağlamlığına da mənfi təsir göstərirdi. Bir neçə ay bundan əvvəl icma qrupunun düzgün seçim edərək bağçanın təmir edilməsi layihəsi ilə AzKİL-ə müraciətindən sonra vəziyyət tam dəyişdi. Bağçanın direktoru Xuraman Məmmədova deyir ki, ötən illər ərzində bağça üçün əlavə otaqlar tikilsədə heç vaxt əsaslı təmir işləri aparılmamışdı. Bir neçə ay bundan öncə icma üzvlərinin də cəlb olunduğu və AzKİL tərəfindən dəstəklənən layihənin icrası zamanı 9 otaqdan və 2 dəhlizdən ibarət bina əsaslı şəkildə təmir olunub və burada uşaqların hərtərəfli və sağlam böyüməsi üçün bütün lazımi şərait yaradılıb. Belə ki, təmir bitdikdən sonra bağça balacaların zövqünə uyğun olaraq bütün zəruri avadanlıq, o cümlədən oyuncaqlarla təchiz edilib. "Körpələr bizim həyatımızdır. Biz onlara baxdıqca gözlərimiz sevinir!-deyə Xuraman xanım öz sevincini belə dilə gətirdi.
    Layihənin möhtəşəm uğurunu birlikdə qeyd etmək məqsədi ilə Cəyirli icma qrupu bu yaxınlarda Uşaq Bağçasının Əsaslı Təmiri layihəsinin təntənəli açılış mərasimini təşkil elədi. Tədbir zamanı çıxış edən Gülbəniz Qənbərova öz çıxışında bildirdi ki, 2005-ci ildən bugünə qədər Göyçay rayonunda AzKİL tərəfindən 46 layihəyə dəstək verilib və təkcə son 5 ay ərzində 9 icma layihəsinin icrasına başlanılıb. Gülbəniz xanım onu da vurğuladı ki, AzKİL tərəfindən icra olunan bütün layihələr Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədovun daim diqqət mərkəzindədir.Valideyn olaraq biz ailəmizin ən dəyərli nemətini, yəni körpə balalarımızı bağçaya etibar edirik. Bizim üçün uşaq bağçasının təmiri çox vacib əhəmiyyət kəsb edən layihələr sırasındadır. Biz Cəyirli icmasının məhz belə bir layihəni seçməyini eşidəndə çox sevindik və nəhayət bugün biz layihənin uğurlu nəticəsinin sevincini sizlərlə bölüşürük deyə Gülbəniz xanım bildirdi. Baxçanın direktoru Xuraman xanım da öz sevincini belə ifadə etdi: Bu gün Cəyirlidəki bağçanın təmiri yalnız AzKİL-in maddi dəstəyi hesabına başa gəldi. Bu layihə bizə və körpələrimizə yeni həyat bəxş elədi. Körpələrimiz gülərsə, dünya gülər. Qoy körpələrimiz həmişə gülsün, yer üzündə sülh və əminamanlıq olsun.
    Bu layihə həqiqətən də gənc nəslin sağlam böyüməsi istiqamətində AzKİL-dən növbəti bir töhfə oldu. AzKIL bir hökumət layihəsi olaraq yerli tərəfdaşlarla yüksək səviyyədə etdiyi əməkdaşlığın nəticəsi kimi məhz belə bir töhfəni verdiyinə görə böyük qürur hissi keçirir.
    Gələcək Nəslin Daha Sağlam Böyüməsi İstiqamətində AzKİL-dən Töhfə

    Gələcək Nəslin Daha Sağlam Böyüməsi İstiqamətində AzKİL-dən Töhfə

    Gələcək Nəslin Daha Sağlam Böyüməsi İstiqamətində AzKİL-dən Töhfə

    Gələcək Nəslin Daha Sağlam Böyüməsi İstiqamətində AzKİL-dən Töhfə

    Bölmələr: ugur hekayeleri