» ugur hekayeleri » Fədakar Qadın Bələdiyyə Sədri Hüsülü İcmasının Qürur Məmbəyidir

 
 
 

Fədakar Qadın Bələdiyyə Sədri Hüsülü İcmasının Qürur Məmbəyidir

Baxılıb: 1257

  • Tarix: 22-12-2014, 16:37
  • Kəklik xanım insaniyyəti və xeyirxahlığı ilə nəiki qonşu icmalarda, eləcə də bütün Ağcabədi rayonunda tanınır. Kəklik xanım Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuşdur.
    Bu kəndin yaranma tarixi də çox maraqlıdır. Hələ təməli 1700-cü illərdə qoyulmuş bu kəndin ilk sakini Hüsü adlı bir kişi olub. Orada əvvəllər 3 ailə yaşayıb və sonradan əhalinin sayı tədricən artmağa başlayıb. Kənddə ilk məktəb 1898-ci ildə tikilib və 1903-cü ildən etibarən rus-tatar məktəbi kimi fəaliyyət göstərib.
    Hüsülü kəndi həmişə Kəklik xanım kimi ziyalı və əməksevər insanları ilə həmişə fəxr edib. Kəklik xanım əmək fəaliyyətinə hələ 1973-cü ildən başlamışdı. O heyvandarlıq sahəsində qazandığı böyük naliyyətlərə görə 1984-cü ildə Azərbaycan Komsomolu mükafatı laureatı adına,1989-cu ildə isə SSRİ Xalq Təsərrüfatı Naliyyətləri sərgisinin Qızıl medalına layiq görülmüşdür. Sahibkarlıq fəaliyyətinə 1996-cı ildə başlayaraq ”Kəklik” kəndli fermer təsərrüfatının əsasını qoyan bu fədakar xanım hal-hazırda Hüsülü icmasında Bələdiyyə sədridir.
    Hüsülü icmasının layiqli lideri və Bələdiyyə sədri Kəklik xanım ictimai və sosial faəliyyətlərdə yaxından iştirak edir, insanların problemləri ilə dərindən maraqlanaraq onlara hər cür dəstək olmağa çalışır. İcma qrupunun sədri Baxış Baxışov Kəklik xanım haqqında danışarkə bildirdi ki, Kəklik xanım mərd, iradəli, inadlı və qürurlu bir xanımdır. Onun Hüsülü icmasının inkişafı yolunda verdiyi əvəzolunmaz töhfələrin şahidi bütün Hüsülü camaatıdır. Bir neçə il bundan əvvəl məhz Kəklik xanım öz şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə bələdiyyə torpağının ərazisində böyük bir park saldıraraq insanların istifadəsinə verib. Hal-hazırda bu park Hüsülü sakinlərinin ən sevimli istirahət məkanıdır. Bundan əlavə, Kəklik xanım yenə də öz şəxsi vəsaiti hesabına kənd ərazisində mövcud olan 2 ədəd özüqaynayan artezian quyularını bərpa etdirərək o quyuların ətrafında abadlıq işlərinin aparılmasını da təmin edib. Bununla kifayətlənməyən Kəklik xanım yaşıllaşdırma və abadlıq işlərini icma ərazisindəki bütün dükanların ətrafında da aparıb. Kəklik xanım həm də xeyriyyə işlərindən də qeri qalmır. Belə ki, o öz kəndli fermer təsərrüfatından götürdüyü gəlir hesabına icmada xeyir-şər mağarı da təşkil edərək bu avadanlıqları ehtiyacı olan insanlara təmənnasız olaraq verir. Maddi cəhətdən daha çox əziyyət çəkən ailələrə isə yas mərasimləri zamanı maddi vəsaitlə də kömək edir.
    Hüsülü icmasına AzKİL-in gəlişi də Kəklik xanımın ən böyük xidmətlərindən biridir. Belə ki, 2013-cü ilin yaz aylarında Kəklik xanım AzKIL-in Sabirabad Regional Əməliyyatlar ofisinə müraciət edərək Hüsülü kəndində olan problemlərin həlli istiqamətində birgə əməkdaşlıq təşəbbüsü ilə çıxış etmişdir. Bu müraciətdən sonra 2013-cü il 15 aprel tarixində, yağışlı və çiskinli bir hava şəraitində səfərbərlik keçirilərək icma və monitorinq qrupu seçilmişdir. AzKİL-in maddi vəsaiti ilə kənddaxili yollar əsaslı təmir olunmuşdur. Yol layihəsi bitər-bitməz Kəklik xanım yenə də öz şəxsi vəsaiti hesabına yol boyu ağaclar əkdirib və indi bələdiyyənin dəstəyi hesabına yol lahiyəsinin dayanıqlığı da təmin olunur.
    Bugün Hüsülü icmasının siması tamamilə dəyişilib və köhnə görüntülərdən demək olar ki, əsər-əlamət qalmayıb. Tanış olduğumuz bu fədakar qadın bugünə qədər göstərdiyi mərhəmət və xeyirxahlığının nəticəsində elinin, obasının qürur mənbəyinə çevrilib. Onun öz icmasına göstərdiyi ana qayğısı hamı üçün bir örnəkdir. Tanrı hər zaman yardımçınız olsun və sizi Hüsülü icmasının üzərindən heç bir zaman əskik eləməsin Kəklik xanım!
    Fədakar Qadın Bələdiyyə Sədri Hüsülü İcmasının Qürur Məmbəyidir

    Fədakar Qadın Bələdiyyə Sədri Hüsülü İcmasının Qürur Məmbəyidir

    Fədakar Qadın Bələdiyyə Sədri Hüsülü İcmasının Qürur Məmbəyidir

    Bölmələr: ugur hekayeleri