» ugur hekayeleri » AZKIL Layihəsi MoruqluSakinlərinəSevincYaşatdı

 
 
 

AZKIL Layihəsi MoruqluSakinlərinəSevincYaşatdı

Baxılıb: 439

  • Tarix: 22-12-2014, 16:27
  • Kosmosun fəth olunduğu, uçan xalçaların reallığa çevrildiyi bir zamanda bir sıra kəndlərdə insanlar hələ də problemlərlərlə qarşı-qarşıya qalırlar. Onları ən çox narahat edən problemlərdən biridə icma yollarının bərbad vəziyyətdə olmasıdır.Bu problem bütün sadə insanları eyni zamanda icmada biznes, fermer təsərrüfatı , kənd təsərrüfatı və bu kimi işlərlə məşgul olan hər kəsi narahat edir. Moruqlu icması da belə icmalardan biridir.Gədəbəy ərazisində yerləşən bu icmada da digər icmalar kimi yol problemi insanlara həm maddi , həm mənəvi cəhətdən böyük əziyyət verirdi. İcmaya gələn qonaqların şikayətlərini dinləmək , rayon mərkəzinə gediş-gəlişdə olan çətinliklər , insanların min bir zəhmətlə əldə etdikləri məhsulu bazara çıxara bilməməsi , xəstələrin vaxtinda xəstəxanalara çatdirila bilməməsi insanları daha çox narahat edirdi. İcma sakini Asim Məmmədov uzun illərdir kənd təsərrüfatı sahəsində çalişir. O kartof əkini ilə məşğul olur və həm öz ailəsinin , həm də bir çox həmkəndlilərinin dolanışığını təmin etmək üçün əlindən gələni əsirgəmirdi..Lakin yollarin bərbad olması işlərin qaydasında getməsinə mane olur , məhsulun satiş dəyərini aşağı salir , məhsulun bazara vaxtinda və keyfiyyətli çatdırılmasına mane olurdu.Kənar yerlərdən icmaya məhsul almağa gələn alıcıların da sayı getdikcə azalırdı. Bir yol problemin yaratdığı saysız hesabsız maneələr insanları çıxış yolu axtarmağa vadar etdi. Gədəbəydə olan Samanlıq , Arabaçı, Əliismayıllı, Rəvan və digər icmaların AzKİL layihəsi ilə əməkdaşlığı barədə məlumat alan icma sakinləri üçün sanki günəşli bir gün başlandı. Onlar AzKİl-nə müraciət edərək icmada olan ən mühüm problemin həllinə nail oldular. İcmanın 5 km - dən çox əsas yolunun əsaslı təmiri bütün icma sakinləri kimi Asim Məmmədov də işinə müsbət təsir etdi. Layihə başa çatan ərəfədə artıq məhsul yığımına başlanılmışdı. Əvvəlki illərdə olduğu kimi yenə də yanacaq sərfiyyatının və digər xərclərin dəfələrlə artıq olacağını gözləyən təsərrüfat sahibi , layihə başa çatdıqdan sonra bu xərclərin xeyli azaldığını hiss etdi. İcmaya məhsul almaq üçün gələn alıcıların da sayı çoxalmışdı. İcma dağlıq ərazidə yerləşsədə yolların təmirli olması insanların rahat şəkildə icmaya gəlib-getməsinə imkan yaradırdı. Əvvəllər yanacaq üçün hər dəfəyə 6-8 manatlıq yanacaq sərf olunurdusa , təmirdən sonra bu sərfiyyat 3-4 manata qədər azalmışdı. İnsanların gəliri isə əvvəlki illərdən fərqli olaraq 40-50 % -dək artmışdı.Problemin həllinə qədər xərcləri çox olan alıcılar məhsulu daha ucuz alırdılar.
    Bir problemin həllindən sonra bu qədər dəyişikliklər görən icma sakinləri yeni problemlərin həllinə ruhlandırdı. Bir problemin həlli Moruqlu icma sakinlərinə soyuq payız günlərində yenidən günəşli bahar günlərinin sevincini yaşatdı.

    Bölmələr: ugur hekayeleri