» ugur hekayeleri » Gədəbəydə El Birliyinin Bariz Nümunəsi

 
 
 

Gədəbəydə El Birliyinin Bariz Nümunəsi

Baxılıb: 371

  • Tarix: 22-12-2014, 16:20
  • Doğma Azəribaycanımın hər bir bölgəsi gözəldir, hər qarış torpağı qiymətlidir. Bu gözəl bölgələrdən biridə Gədəbəy rayonudur. Düzünü deyim ki, mən Azərbaycan Kənd İnvistisya Layhiəsinin xətti ilə Azərbaycanın bütün rayonlarında (Quba və Qusar istisna olmaqla) olmuşam. Amma o, rayonların heç biri, mənə görə, təəbiətən Gədəbəy rayonuna bənzəməz. Çünki bu rayonun mineral və buz bulaqları, göz oxşayan yaşıl çəmənlikləri, əlvan gül-çiçəyə bürünmüş yamacları, sıx meşələri, təbii dərman bitkilərinin çoxluğu və s. digər rayonlara nisbətən daha zəngindir.
    Azərbaycan Kənd İnvistisya Layhiəsinin “ Şimal-Qərb” zonasına aid olan Gədəbəy rayonu ilə əməkdaşlğımız 2010-cu ildən başlayır.
    Qeyd edim ki, Gədəbəy rayonu dağlıq ərazi olduğundan orada işləmək yay mövsümündə daha əlverişlidir.ŞQ RƏO-nun Proqram Mütəxəsisi Xudayar Gülmalıyev də ona əsaslanaraq ilin iyun-iyul-avqust aylarını Gədəbəy rayonundan müraciət etmiş icmalarla işləməyi planlaşdırmışdır.2013-cü ildə ŞQ RƏO-ya ilk müraciət edən icmalardan biridə Dəyirmandağ icması idi.
    Mən Gədəbəy rayonu Dəyirmandağ icması haqqında şahidi olduğum bir əhvalatdan yazmaq istəyirəm. Biz icmaya yollandıq. Gədəbəy RİH-nin şöbə müdiri Nəsib müəllimdə nümayəndə kimi bizimlə idi. Əvvəlki gün müəyyən quruplarla görüş keçirilməsinə və elanlar vurulmasına baxmayaraq icma kifayət qədər toplaşmamışdı.AzKİL-in əməkdaşlarının, kənd bələdiyyəsinin, Dəyirmandağ icra nümayəndəsi və bizimlə birlikdə olan Nəsib müəllimin də səylərinə baxmayaraq icma sfərbər oluna bilmədi və biz o,icma ilə sağollaşdıq.
    Bundan sonra, biz 2013-cü ildə 17 icma ilə əməkdaşlıq edərək 17 layhiəni uğurla tamamladıq.
    Növbəti 2014-cü ildə də eyni qayda ilə Proqram Mütəxəsisinin planı əsasında iyun ayında Gədəbəy rayonunda olduq. Çox maraqlı idi, yenə də Dəyirmandağ icması RƏO-ya müraciət etməklə yanaşı bir neçə nəfərlə yerləşdiyimiz məkana gəlmişdilər. Gələnlər içərisində bələdiyyə sədri və icma üzvləri ilə yanaşı ötən ilki Nəsib müəllimdə var idi. Söhbət zamanı məlum oldu ki, Nəsib müəllim Dəyirmandağ kəninin yeni təyin olunmuş Ərazi İcra Nümayəndəsidir. Xudayar müəllim icmanın müraciətini qəbul edərək vaxt müəyyən etdi.
    Təyin olunan vaxt biz icmada olduq. İnana bilmirdim bir il bundan əvvəl bütün səylərə baxmayaraq caamatı bir yerə toplamaq mümkün olmamışdı. İndi isə bütün kənd caamatı bələdiyyənin həyətinə toplanmışdı.
    Səfərbərlik tədbiri keçirilən zaman icma üzvülərindən bir nəfər axsaqqal söz alaraq qeyd etdi ki, biz keçən il çox şeyləri başa düşməmişik və sonra qonşu icmalardan sizin gördüyünüz işlərdən xəbər tutanda cox peşman olduq. Siz Sovet hakimiyyətinin Heriknaz kəndinə çəkə bilmədiyi yolu çəkmisiniz. Bu sizin güc və bacarığınıza bir nümunədir. İndi isə gec olsada növbə bizimdir.Sonra Xudayar müəllimə istinadən:- “görürsən bu eli (əli ilə caamatı göstərir)- Atalar yaxşı deyib: - “ EL bir olsa, dağ oynadar yerindən”. Odur ki, biz də inşallah sizin köməkliyinizlə bir problemimizi həlledərik.
    Sonra Ərazi İcra Nümayəndəsi AzKİL-in bütün əməkdaşlarına minnətdarlığını bildirərək qeyd etdi ki,həqiqətən də sizin “İcma inkişafı” dediyiniz məsələ özünü çox yaxşı formada Dəyirmandağ icmasında gçstərmişdir. Gülərək zarafatla əlavə etdi:- “əyər siz Dəyirmandağ kəndində icma inkişafına nail olmusunuzsa onda Gədəbəy rayonunda səfərbər oluna bilməyən icma ilə rastlaşmayacaqsınız.”
    Gədəbəydə El Birliyinin Bariz Nümunəsi

    Bölmələr: ugur hekayeleri