» ugur hekayeleri » İnamdan Yaranan Uğur

 
 
 

İnamdan Yaranan Uğur

Baxılıb: 362

  • Tarix: 22-12-2014, 16:16
  • Tovuzun başı dumanlı dağlar qoynunda, doğma təbiətin füsunkarlığı ilə qucaq-qucağa olan bir kənddir Kirən. Bu gözəl məkanda yaşayan sakinlər uzun illərdir ki, iç-içə yaşadıqları bir çox problemlərlə yanaşı, yolun yarıtmazlığı və deyim yerində isə - yoxluğundan artıq usanmış, bu əziyyətin bir gün bitəcəyinə olan inamını tamamən itirmiş, şəraitsizlik səbrləri tükəndirmişdi. Bir çox rayonlar kimi Tovuzu da əhatə dairəsinə qəbul etmiş, kənd ərazilərində infrastruktur xidmətlərini artırmaq, insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışan AzKİL haqqında ilkin məlumat alan Kirən sakinləri müraciət etmək qərarına gəldilər. İnamsızlıq icmada hökmranlığını sürdürsədə, bu kabusun bəlkədə bu dəfə dəf ediləcəyi düşünülərək kəndin bir neçə ağsaqqalı bələdiyyə sədri ilə birgə buna təhkim edildi. 2009-cu ilin avqustunda AzKİL əməkdaşları buraya ilkin qiymətləndirmə prosesini gerçəkləşdirməyə gəldilər. Rayon mərkəzindən 29 km. uzaqlıqda yerləşən kəndə çatmaq üçün 1 saatdan çox vaxt sərf olundu. Çətinlik kəndə qalxan 8 km-lik yolda özünü tamamən biruzə verməkdə idi. Darmadağın olmuş dağ yolunda maşınlar hər metri addımlayır, irəliləmək, mənzil başına yetişmək üçün maneələri güclə dəf edirdi. Yol boyu isə nə bir insan, nə də bir nəqliyyat vasitəsi gözə dəymirdi. Nəhayət, icmaya çatan qrup kənd məktəbinin qarşısında toplanaraq söhbətləşən bir neçə insanla qarşılaşdı. Əməkdaşların suallarını cavablandırsalar da, inamsızlıqları qeyri-iradi özünü biruzə verir, üzlərindən sanki Siz də söz verib gedəcəksiniz! ifadəsi oxunurdu. İlkin qiymətləndirmə zamanı 60-70 nəfər icma üzvü ilə görüşülərək fikirləri öyrənildi və AzKİL-in fəaliyyəti, iş prinsipi və tələbləri barədə onlara geniş məlumat çatdırıldı. Üçüncü qrup icma kimi qiymətləndirilən Kirəndə səfərbərliyin mümkünlüyü müəyyənləşdirildi və 25 avqustda bu prosesin ilk gününə start verildi. 184 nəfər icma üzvünün toplaşdığı İlkin Kənd Qiymətləndirilməsi seminarında əməkdaşlara yönələn sualların ardı-arası kəsilmirdı... Səbrlə bütün suallar cavablandırıldı və 3 günlük seminar uğurla başa çatdı. Sakinlər yekdilliklə yol probleminin həllinə səs verdilər. AzKİL-in bütün mərhələlərində uğurla addımlayan icmada layihə də yüksək sürətlə və çox keyfiyyətlə nəticələndi. Artıq AzKİL əməkdaları icmaya hər gəlişlərində böyük ehtiramla, doğma insanlar kimi qarşılanır, hər kəsin minnətdarliq dolu baxışları onları hər addımda müşayiət edirdi. Kirən əhalisinin üzündəki tərəddüdü inam, sevinc və nikbinlik hissi əvəz etmişdi.Və bu ruh yüksəkliyi, şövq növbəti uğurlara vəsilə olmuş, artıq oz gücü, daxili resursları hesabına icma çox işlər bacara biləcəyinin fərqinə varmışdı.Yaxın günlərdə isə xeyirxahlığıyla tanınan, Rusiyada yaşayan iş adamı Qəribov Rafael Hacı Bəşir oğlu ilə icmanın birgə maliyyə vəsaiti hesabına, həyata keçirilmiş layihənin davamı olaraq əlavə 3 km.-lik yolun da bərpasına başlanılmışdır. Bu, uğur və qələbənin inamdan doğduğunun təsdiqləyicisi, bariz göstəricisidir.Aşılanılan inam və əzmlə Kirənlilər bundan sonra daha çox zəfərlər qazanacaqlarından tam əmindirlər.
    İnamdan Yaranan Uğur

    İnamdan Yaranan Uğur

    İnamdan Yaranan Uğur

    İnamdan Yaranan Uğur

    İnamdan Yaranan Uğur

    İnamdan Yaranan Uğur

    Bölmələr: ugur hekayeleri