» ugur hekayeleri » Birlikvə Özünə Əminlik Uğura Aparır

 
 
 

Birlikvə Özünə Əminlik Uğura Aparır

Baxılıb: 534

  • Tarix: 22-12-2014, 16:01
  • Xınalı icması Goranboy rayonundan 42 km. məsafədə yerləşir.1012 nəfərə yaxın əhalisi olan icma uzun illərdir ki, iç-içə yaşadıqları bir çox problemlərlə yanaşı, yolun yarıtmaz durumundan artıq usanmış, şəraitsizlikdən bezmiş, bu əziyyətin bir gün bitəcəyinə olan inamlarını tamamən itirmişdilər. Bir çox rayonlar kimi Goranboyu da əhatə dairəsinə qəbul etmiş, kənd ərazilərində infrastruktur xidmətlərini artırmaq, insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışan AzKİL haqqında ilkin məlumat alan Xınalı sakinləri müraciət etmək qərarına gəldilər. İnamsızlıq icmada hökmranlığını sürdürsədə, bu kabusun bəlkədə bu dəfə dəf ediləcəyi düşünülərək, kəndin bir neçə ağsaqqalı bələdiyyə sədri ilə birgə bu işə təhkim edildi. AzKİL əməkdaşları Xınalıda ilkin qiymətləndirmə prosesini gerçəkləşdirmək üçün gün təyin etdilər.
    Nəhayət, o gün gəlib yetişdi. İcmaya yollanan AzKİL qrupu kənd məktəbinin qarşısında toplaşıb söhbət edən bir neçə insanla qarşılaşdı. Sakinlər əməkdaşların verdikləri sualları cavablandırsalar da, inamsızlıqları qeyri-iradi özünü biruzə verir, üzlərindən sanki Siz də söz verib gedəcəksiniz! ifadəsi oxunurdu. İlkin qiymətləndirmə zamanı 60-70 nəfər icma üzvü ilə görüşüldü, onların fikirləri öyrənildi və AzKİL-in fəaliyyəti, iş prinsipi və tələbləri barədə geniş məlumat çatdırıldı. Xınalıda səfərbərliyin mümkünlüyü müəyyənləşdirildi və bu prosesin ilk gününə start verildi. Problemlərlə üz-üzə qalan icma üzvləri qəlblərində bir ümid işartısı ilə səfərbərliyə gələrək həvəslə bütün proseslərdə iştirak etdilər. Ehtiyacların sıralanması zamanı əhalinin əksər hissəsi ilkin mərhələdə Yolun bərbad vəziyyətdə olması probleminin, digər hissəsi isə içməli su məsələsinin həll olunmasını irəli sürdülər. İcma üzvlərinin toplaşdığı İlkin Kənd Qiymətləndirilməsi seminarında əməkdaşlara yönələn sualların ardı-arası kəsilmirdı.AzKİL əməkdaşları tərəfindən sakinlərin bütün sualları ətraflı, aydın şəkildə cavablandırıldı və 3 günlük seminar uğurla başa çatdı. Xınalılılar yekdilliklə yol probleminin həllinə səs vermişdilər.
    İcma üzvləri səfərbərlikdə, təlimdə göstərdikləri fəallığı layihə yazılışı zamanı da davam etdirdilər. Onlar qısa müddət ərzində Yolun təmiri layihəsini hazırlayıb Şimal-Qərb Regional Əməliyyatlar Ofisinə təqdim etdilər və layihə təsdiq olundu. AzKİL-in bütün mərhələlərində uğurla addımlayan icma layihəni də yüksək sürət və keyfiyyətlə başa çatdırdı. Xınalılıların düzgün seçimi icmanın əsas probleminin həlli ilə nətəcələndi və digər problemlərin çözümü üçün zəmin yaratdı. Layihədən bəhrələnən icma üzvləri qonşu kəndləri də səfərbər olmağa çağırır, geniş təbliğat işləri aparırlar. Belə ki, rayonun digər kəndləri də AzKİL-ə mövcud problemlərinin həllində dəstək göstərməsi üçün müraciət edirlər.
    Artıq AzKİL əməkdaları Xınalılıya hər gəlişlərində böyük ehtiramla, doğma insanlar kimi qarşılanırlar. Böyükdən-kiçiyə hər kəsin minnətdarliq dolu baxışları onları hər addımda müşayiət edir. Xınalı əhalisinin üzündə indiyə qədər həkk olunmuş tərəddüdü indi inam, sevinc və nikbinlik hissi əvəz etmiş, bu ruh yüksəkliyi, şövq növbəti uğurlara vəsilə olmuşdu. İcma artıq oz gücü, daxili resursları hesabına çox işlər bacara biləcəyinin fərqinə varmışdı. Bu, böyük uğur və əzəmətli qələbənin inamdan doğduğunun təsdiqləyicisi, bariz göstəricisidir. Xınalılılar İcmaların yaxın dostu AzKİLin aşıladığı inam və əzmlə bundan sonra daha çox zəfərlər qazanacaqlarından tam əmindirlər.
    Birlikvə Özünə Əminlik Uğura Aparır

    Birlikvə Özünə Əminlik Uğura Aparır

    Birlikvə Özünə Əminlik Uğura Aparır

    Birlikvə Özünə Əminlik Uğura Aparır

    Birlikvə Özünə Əminlik Uğura Aparır

    Bölmələr: ugur hekayeleri