» ugur hekayeleri » Növbəti İnkubator Sexi Kamallıda Fəaliyyətə Başladı

 
 
 

Növbəti İnkubator Sexi Kamallıda Fəaliyyətə Başladı

Baxılıb: 663

  • Tarix: 22-12-2014, 15:39
  • Son illərdə respublikamızda əhalinin quşçuluq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Quş əti istehsalının əksər vergilərdən, eləcə də quşçuluq üçün avadanlıqların idxalının gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunması, yeni texnologiyaların tətbiqi bu sahənin inkişafını daha da sürətləndirib. Bu baxımdan, AzKİL-in 2013-cü ildən etibarən icmalarda icrasına başladığı pilot layihələr sırasında bu səhəyə də xüsusi önəm verilir və inkubator sexinin bu dəfə məhz Kamallıda təşkil edilməsi heç də təsadüfi deyil.
    2013-cü ildə isə AzKİL burada Gəlir gətirən layihələr pilot proqramı ilə əlaqədar səfərbərlik seminarı keçirdi və nəticədə 5 nəfərdən ibarət Biznes Qrupu seçildi. Kamallının coğrafi mövqeyi, burada quşçuluğun inkişaf etditilməsi üçün şəraitin yetərincə olması və digər amillər nəzərə alınaraq inkubator cücə sexinin təşkili Biznes qrupunu üzvü Gülağa Fərəcov deyir ki, müəssisəmiz tərəfindən illik cücə istehsalı 1 ildə 3584 cücə planlaşdırılır. Saatlıda cücə istehsalı ilə məşğul olan yalnız bir müəssisə vardır ki, o da rayonun ehtiyaclarını tamamilə qarşılaya bilmir. Ümumiyyətlə Saatlı rayonunda quşçuluq əsas kənd təsərrüfatı sahələrindən biridir və gələcəkdə də belə olacağına şübhə yoxdur. Bütün bunlar müəssisənin cücə istehsalındakı fəaliyyətinin məqsədəuyğun olduğuna dəlalət edir. Eyni zamanda müəssisə mövcud tələblərə uyğun olaraq bazarı yüksək keyfiyyətli məhsulla təchiz edəcək.
    Qrupun digər üzvü Çiçək Teymurova deyir ki, gələcəkdə inkubator cücəsinə tələbat azalmayacaq, əksinə əhalinin artması və toyuq ətinin istehsalının genişləndirilməsilə əlaqədar artacaq. Bununla yanaşı hədəflədiyimiz bazar bizə çox yaxındır, bu isə öz növbəsində istehsal olunan məhsulun satış və daşınma xərci müəssisə və müştərilərimiz üçün səmərəli qiymətin təyin edilməsinə öz müsbət təsirini göstərəcək. Belə ki, yeni yumurtadan çıxmış cücələrin uzun məsafəyə daşınması riski yuxarı olmasına nəzərə alsaq bizim müştərilərimizin yaxın məsafədə yerləşdiyinə görə,biz onlara keyfiyyətli cücə təklif edəcəyimizə əminik.
    May ayında bu layihənin təntənəli açılış mərasimi zamanı çıxış edən Gülbəniz xanım Qənbərova bu layihəni insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətin atılmış yeni bir addım kimi dəyərləndirdi. Kamallı AzKİL-in əməkdaşlıq etdiyi ən uğurlu icmalardan olduğu üçün biz pilot layihəsinin məhz burada həyata keçməsini məqsədəuyğun hesab etmişik. Layihənin dayanıqlığı baxımından icma biznes qrupunun lazımi tədbirlər görəcəklərinə əminik. Biz çox ümidvarıq ki, Kamallıda hər bir təsərrüfatdan xanımlar öz həyətlərində yetişdirdikləri toyuqların yumurtasını bu inkubatorda cücəyə çevirərək bir az da olsa öz işini yüngülləşdirmiş olsun və ailə büdcələrini yaxşılaşdırsın.
    Növbəti İnkubator Sexi Kamallıda Fəaliyyətə Başladı

    Növbəti İnkubator Sexi Kamallıda Fəaliyyətə Başladı

    Növbəti İnkubator Sexi Kamallıda Fəaliyyətə Başladı

    Növbəti İnkubator Sexi Kamallıda Fəaliyyətə Başladı

    Növbəti İnkubator Sexi Kamallıda Fəaliyyətə Başladı

    Bölmələr: ugur hekayeleri