» ugur hekayeleri » AzKIL-in İlk Pilot Gəlir Gətirən Layihəsi

 
 
 

AzKIL-in İlk Pilot Gəlir Gətirən Layihəsi

Baxılıb: 507

  • Tarix: 22-12-2014, 15:38
  • AzKİL-in icmalarla əməkdaşlığının yeni və tamamilə fərqli bir mərhələyə qədəm qoyduğunu desək heç də yanılmarıq. Artıq sosial yönümlü layihələrin davamlılığını və ictimai məqsədini təmin etmək üçün icma əsaslı gəlirgətirən və bu gəlirlərin bir hissəsinin icmaların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlməsini təmin edən layihələrin həyata keçirilməsi artıq bir reallığa çevrilməkdədir. Belə ki, AzKİL ilə uğurlu əməkdaşlıq edən icmalar hal-hazırda 2-ci və yaxud 3-cü infrastruktur tipli layihə ilə müraciət etməklə yanaşı, həm də gəlirgətirən layihələr üçün AzKİL-dən maliyyə vəsaiti almaq imkanı əldə ediblər. Bu, AzKİL-in qarşısında duran uzunmüddətli bir strategiyadır və bu yolda ilk uğurlu addımı Balakən rayon mərkəzindən 25km məsafədə yerləşən ucqar Qaysa icması atıb.
    Qaysa biznes qrupunun sədri Meysarat Qaysayevanın sözlərinə görə icmada və qonşu kəndlərdə gəlir gətirən sahələr üçün əlverişli şərait olsada, bu sahədə heç bir sex yox idi. İcma üzvlərinin əksəriyyətinin torpaq payı var və hal-hazırda rayon ərazisində qarğıdalı istehsalına və satışına böyük önəm verilir. Bununla yanaşı sakinlər özlərinin istehsal etdiyi meyvə, tərəvəz, yumurta, toyuq və digər məhsulları satmaq üçün Balakən bazarına daşıyırlar. Əvəzində isə təsərrüfat üçün vacib olan toxum, yem, inkubator cücəsi və digər vasitələri elə həmin bazardan alırlar. Amma yol və digər xərclər çox olduğuna görə, həm də məhsulların çox ucuz qiymətə vasitəçilərə satılması pul itkisinə gətirib çıxarırdı. Sakinlər cücə almaq üçün rayon mərkizinə, Zaqatala rayonuna, hətta Bərdəyə kimi gedirdilər ki, bu da həm vaxt itkisi, ya da ki, geri qayıdarkən cücələrin bir qisminin tələf olması ilə nəticələnirdi.
    Hadisələrin sonrakı gedişatı onu göstərir ki, Qaysa icması döğrudan da düzgün seçim edib. Əvvəla ona görə ki, hər bir ailədə inkubatora qoyulacaq damazlıq yumurta, eləcə də cücə yemi kimi istifadə olunan qarğıdalı dəni var. Bu o demakdir ki, icma üzvlərinin əksəriyyəti inkubator sexinin fəaliyyəti nəticəsində icmadan kənara çıxmadan öz qapısında olan damazlıq yumurta və qarğıdalı dənindən istifadə etməklə toyuq əti və yumurta istehsalı ilə məşğul olmaq imkanı əldə edir. Hər bir ev təsərrüfatı inkubatora 80 – 100 ədəd yurta verərək 21 gündən sonra isə orta hesabla 60 – 80 ədəd cücə ala bilir. Beləliklə də icma sakinlərinin bazara çıxış xərcləri azalaraq əvəzində gəlirləri artır. Ona görə də müdriklər demiş – al qapıda, sat qapıda.
    AzKİL-in gəlirgətirən layihələr üzrə aparıcı mütəxəssisi Əhməd Əliyevin dediyinə görə icmada özəl istehsal və xidmət göstərilməsi üzrə hüquqi statusa malik Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaranıb. Beləliklə də icma istehsal və xidmət müəssisəsinə, icma üzvləri isə sahibkarlara çevriliblər. İnkubator cücə sexi bir müəssisə kim indi qadın sahibkarlar tərəfindən idarə olunur. Müəssisə tam şəkildə yerli insan resursları və təbii resurslar əsasında fəaliyyət göstərir. AzKİL üçün isə ən başlıcası odur ki, icma üzvlərində iştiraklı qərar qəbul etmə, seçim etmək və idarəetmə vərdişləri formalaşıb.
    AzKIL-in İlk Pilot Gəlir Gətirən Layihəsi

    AzKIL-in İlk Pilot Gəlir Gətirən Layihəsi

    AzKIL-in İlk Pilot Gəlir Gətirən Layihəsi

    AzKIL-in İlk Pilot Gəlir Gətirən Layihəsi

    AzKIL-in İlk Pilot Gəlir Gətirən Layihəsi

    AzKIL-in İlk Pilot Gəlir Gətirən Layihəsi

    Bölmələr: ugur hekayeleri