» ugur hekayeleri » Daim Axtarışda Olan Şərəfə İcmasının Növbəti Uğuru

 
 
 

Daim Axtarışda Olan Şərəfə İcmasının Növbəti Uğuru

Baxılıb: 602

  • Tarix: 22-12-2014, 15:38
  • Şərəfə AzKİL-in Masallı rayonunda uğurlu əməkdaşlıq etdiyi ən fəal icmalardan biridir. İcmanın tarixi keçmişinə nəzər saldıqda məlum olur ki, ilk ailələr tarixən səfəvilərlə qohum olan, qızılbaşlar ideyasını daşıyan cənubi Azərbaycanın Şərəfəbad kəndindən gələnlərdir.
    Şərəfə üçün çalışmaq. İcmada ən maraqlı məqamlardan biri də odur ki, 20-25 ilin məzunları hər il görüşlər keçirir, icmada lazımı işlərin görülməsində iştirak edirlər. Şərəfənin digər uğurları sırasında daha maraqlı məqamlardan birisi də hər il icmanın məzunlarının ən yüksək nəticə ilə ali məktəblərə daxil olaraq, Şərəfənin adını bir daha yüksəkliklərə qaldırmalarıdır.
    Şərəfədə icma qrupu hələ 2005-ci ildən yaradılmış, icma qrupunun toplantıları üçün yüksək şəraitli, bir neçə otağı olan bina təşkil olunmuşdur. İcma qrupunun fəallığı, icma sakinlərinin birliyi icmada görüləcək işlərin sayını günü-gündən artırmışdı. İcma sakinləri ilə keçirilən görüşlərdən yalnız bir nəticə çıxarmaq olar-burada insanların bir-birinə hörməti böyükdür. Daim axtarışlar edərək problemlərin həlli üçün uğurlu addımlar atan Şərəfə icmasının növbəti nailiyyəti AzKİL ilə əməkdaşlıq oldu. Qonaqpərvər Şərəfə kəndi AzKİL-i böyük sevinclə qarşıladı. Hər addımında fəallıq nümayiş elətdirən Şərəfə icması səfərbərlik prosessi zamanı ən vacib problem seçimində birlik göstərərək problemlər sırasından Tibb məntəqsinin tikintisini seçdilər. Cox keçmədən onlar gələcəkdə icma sakinlərinin sağlamlığının qorunmasına xidmət edən bu səhiyyə ocağının inşasını uğurla başa çatdırdılar.
    Bu uğurlarını hər kəslə paylaşmaq üçün Şərəfə icma qrupu AzKİL-in, yerli bələdiyyənin və Masallı rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə 2014-cü ilin iyun ayında tibb məntəqəsinin təntənəli açılış mərasimini təşkil elədi. İcma qrupunun sədri İlahə Bağırovanın sözlərinə ğörə Şərəfə öz mədəniyyəti və psixologiyası ilə şəhər mədəniyyətinə daha çox yaxın bir kənd olub. Nə qədər həyat varsa deməli insanın səhhətində də müəyyən problemlər yarana bilər. Gündəlik xəstəliklərdən və yaxud zədələrdən heç kim sığortalanmayıb. Bu baxımdan kənddə belə bir tibb məntəqəsinin fəaliyyətinə böyük ehtiyac vardı və bugün burada istifadəyə veriləcək şəfa ocağı AzKİL tərəfindən nəinki bizə, eləcə də səhiyyəmizə böyük bir töhfədir.
    AzKIL ilə əməkdaşlıqdan məmnun olduğunu bildirən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Şərəfə sakinlərinin bu əməkdaşlıqdan daha çox bəhrələndiyini və bütün bunların Şərəfə camaatının işgüzarlığından və fəal olmalarından irəli gəldiyini söylədi. O tibb məntəqəsi layihəsinin belə uğurlu alınmasına görə icma üzvlərinə, yerli bələdiyyəyə və AzKİL rəhbərliyinə, rayon səhiyyə şöbəsinə öz minnətdarlığını çatdıraraq bu layihənin də davamlı olacağına inandığını bildirdi.
    AzKİL-in Direktor Müavini Gülbəniz xanım belə layihələrin çoxtərəfli əməkdaşlıq şəraitində icra olunarkən daha uğurlu alındığını dilə gətirdi. O icma sakinlərinə möhkəm can sağlığı diləyərək tibb məntəqəsindən yalnız profilaktik məqsədlər üçün istifadə etmələrini arzuladı.
    Böyük hədəflərə çatmanın yolu böyük məqsədləri kiçik addımlara bölmək və hər gün bir addımını reallaşdırmaqdır. Beləliklə Şərəfəlilər daha bir möhtəşəm layihəyə imza ataraq onları illərlə narahat edən problemin köklü şəkildə həllinə nail oldular. Növbəti addımların reallaşmasında Şərəfə icmasına uğurlar arzu edirik!
    Daim Axtarışda Olan Şərəfə İcmasının Növbəti Uğuru

    Daim Axtarışda Olan Şərəfə İcmasının Növbəti Uğuru

    Daim Axtarışda Olan Şərəfə İcmasının Növbəti Uğuru

    Daim Axtarışda Olan Şərəfə İcmasının Növbəti Uğuru

    Daim Axtarışda Olan Şərəfə İcmasının Növbəti Uğuru

    Bölmələr: ugur hekayeleri