» ugur hekayeleri » BİR UĞURUN ARDINCA DİGƏR UĞURA İMZA ATAN İCMA

 
 
 

BİR UĞURUN ARDINCA DİGƏR UĞURA İMZA ATAN İCMA

Baxılıb: 514

  • Tarix: 1-05-2014, 14:11
  • Beyləqan rayon mərkəzindən 12 km. uzaqlıqda yerləşən Aşağı Çəmənli icması uzun illər boyu qayğı və diqqətdən kənarda qalmışdı. Bu illər ərzində insanlar öz güclərinə ayaqda qalmağa, sosial-iqtisadi durumlarını yaxşılaşdırmağa çalışmışlar. Çətinliklər girdabına düşmüş Aşağı Çəmənli icmasının sakinlərinin gözləri və qulaqları daima səsdə idi ki, hansısa təşkilat bu icmanı yada salaraq problemlərin bir qismini həll etmək üçün onlara yol göstərəcək. Təşkilatlarla iş birliyinə başlamaq baxımdan 2013-cü ili AzKİL-in əməkdaşlığa start verdiyi fəal icmalardan biri olan Aşağı Çəmənli icması üçün də kifayət qədər uğurlu il hesab etmək olar. Məhz həmin il bu icma yol problemini kökündən çözməyə müvəffəq oldu.

    2013-cü ilin əvvəllərində Aşağı Çəmənlinin qonşuluğunda yerləşən Yuxarı Çəmənli icmasında AzKİL-in sakinlərlə görüşü zamanı iki nəfər AzKİL əməkdaşlarına yaxınlaşaraq dedi: Aşağı Çəmənli icması adından sizi icmamıza dəvət edirik. Bizim icmanın yolları olduqca bərbad vəziyyətdədir, qışda palçıq, yayda toz əlindən məktəblilər və ahıllarımız yollarda hərəkət edə bilmir. İstərdik siz də bizə qonaq gəlib problemlərimizlə tanış olasınız və bizə çıxış yolu göstərəsiniz . Bunlar icmadan olan qrup üzvü Məmməd Quliyev və bələdiyyə sədri Qasım Orucov idilər. İcma adından müraciət etmiş bu iki şəxsin dəvətini qəbul edən AzKİL əməkdaşları cox keçmədən icmaya səfər etdilər. Onlar sanki icmaya əziz övladları gəlmiş kimi bələdiyyə, ərazi icra nümayəndəsi, ağsaqqallar və gənclər tərəfindən böyük coşqu ilə qarşılandılar. Buradakı yolla bağlı acınacaqlı mənzərə həqiqətən də göz qabağında idi. Bunu icma yığıncağına gələn icma sakinlərinin palçığa batmış ayaqqabılarından, geyimlərindən və yolların ortasında dayanan gölməçələrdən açıq-aydın görmək olardı. Çox keçmədi ki, icma sakinlərinin fəallığı və AzKİL-in maliyə dəstəyi hesabına icmada 6 kilometr uzunluğunda yol təmir olundu və 2705 nəfər bu layihədən faydalandı. Amma bu da son deyildi. Görülən işdən, eləcə də aldıqları bacarıqların inkişafı təlimlərindən ruhlanan icma SEDA proqramına müraciət edərək 2 kilometr əlavə yolu onların maliyyə dəstəyi hesabına təmir edə bildi.

    Bu icmada indi hər şey tamamilə fərqlidir. Yollar rahat və olduqca səliqəli təsir bağışlayır. Növbəti dəfə Aşağı Çəmənliyə yolu düşən AzKİL əməkdaşları icma qrupu və sıravi sakinlərlə görüşərkən onların üzündəki inam, və eyni zamanda məmnunluq hissini gördülər. Onlar özlərini artıq unudulmuş və tənha hiss etmədiklərini, AzKİL ilə yenidnən əməkdaşlıq edərək daha da inkişaf etmək istədiklərini və qazanılmış uğurlarının davamının AzKİL ilə birlikdə olacağina inandıqlarını dilə gətirdilər. Uğur arxasınca uğur qazanan Aşağı Çəmənli icmasınin qrup lideri Aydın Həsənov bu layihələrin onlar üçün bir başlanğıc olduğunu bildirir. Növbəti addım olaraq biz qonşu kəndlərlə əməkdaşlığa girərək torpaqlarımızın məhsuldarlığını artırmaq üçün klaster tipli Drenaj kanallarının təmizlənməsi layihəsini həyata keçirmək məqsədi ilə maraqlı bir layihə təklifi hazırlamışıq.
    BİR UĞURUN ARDINCA DİGƏR UĞURA İMZA ATAN İCMA

    BİR UĞURUN ARDINCA DİGƏR UĞURA İMZA ATAN İCMA

    BİR UĞURUN ARDINCA DİGƏR UĞURA İMZA ATAN İCMA

    BİR UĞURUN ARDINCA DİGƏR UĞURA İMZA ATAN İCMA

    Bölmələr: ugur hekayeleri