» ARZU Qadın İnkişaf Qrupunun daha bir uğuru

 
 
 

ARZU Qadın İnkişaf Qrupunun daha bir uğuru

Baxılıb: 32

  • Tarix: 15-11-2018, 15:24
  • Qadınlarımızın əldə etdikləri uğurlar bizi çox sevindirir. Belə ki, Avstriya Qızıl Xaç Cəmiyyətinin Cənubi Qafqazda Təhlükəsiz və Dayanıqlı İcma Quruculuğu Proqramı çərçivəsində Vyanada ingilis dilində çap olunan aylıq hesabat jurnalında ARZU Qadın İnkişaf Qrupu haqqında geniş məlumat verilmişdir. Avstriya Qızıl Xaç Cəmiyyəti Azərbaycan Qızıl Aypara cəmiyyəti ilə birgə Sumağallı icması ilə iki ildən artıqdır ki, əməkdaşlıq edir. Cəmiyyət icma üçün iki layihə həyata keçirmişdir: Su xəttinin çəkilişi və Körpü tikintisi. Avstriya Qızıl Xaç Cəmiyyəti Sumağallıda yeni yaranmış ARZU Qadın İnkişaf Qrupunun fəaliyyəti ilə tanış olmuşdur. Belə ki, cəmiyyətin Gürcüstandakl nümayəndəliyinin əməkdaşı Nina xanım avqust ayında Qadın İnkişaf Qrupunun üzvləri ilə görüşmüş, qrupun gördüyü işlər haqqında məlumat almışdır. ARZU Qadın İnkişaf Qrupunun fəaliyyəti haqqında adı çəkilən jurnalda böyük məqalə çap olunmuşdur. Hal hazırda Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avstriya Qızıl Xaç Cəmiyyətinin keçirdiyi genişmiqyaslı konfransda ARZU Qadın İnkişaf Qrupunun fəaliyyəti haqqında cəmiyyətin əməkdaşı çıxış etmişdir. Göründüyü kimi, qadınların iqtisadi səlahiyyətlənməsi komponenti üzrə ölkəmizdə həyata keçirilən layihə Beynəlxalq qurumların da diqqətini cəlb etmişdir.

    ARZU Qadın İnkişaf Qrupunun daha bir uğuru

    ARZU Qadın İnkişaf Qrupunun daha bir uğuru

    ARZU Qadın İnkişaf Qrupunun daha bir uğuru

    ARZU Qadın İnkişaf Qrupunun daha bir uğuru

    Bölmələr: ---