» YAPONİYA SƏFİRİ BALAKƏNDƏ QADIN İNKİŞAF QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

 
 
 

YAPONİYA SƏFİRİ BALAKƏNDƏ QADIN İNKİŞAF QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

Baxılıb: 73

  • Tarix: 26-09-2018, 14:53
  • Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori Balakən və Zakatala rayonlarına səfəri çərçivəsində Balakən rayonunu Qabaqçöl qəsəbəsində yenicə istifadəyə verilmiş şirniyyat evinə baş çəkib. Səfər zamanı cənab səfiri Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev müşayiət edib.
    Sirniyyat evində qrup üzvləri ilə görüşən cənab səfir Teruyuki Katori qrupun fəaliyyəti ilə maraqlanıb. Novruz Qrupunun rəhbəri Meysarat Qaysayeva cənab səfirə qrupun bugünə qədər görüdüyü işlər barədə ətraflı məlumat verib. O bildirib ki, Novruz Qadın İnkişaf Qrupu bu ilin martında 15 nəfər qadının iştirakı ilə yardılıb. Eyni məhəllədən olan fəal icma qadınlarının özünədəstək qrupunun yaradılmasına istiqamətlənən bu addım onların iqtisadi baxımdan güclənməsinə yönəldilib. Qrup üzvləri arasında həftəlik pul yığımı baş verir. İlk əvvəl bu məbləğ 5 AZN məbləğində müəyyən edilib, sonralar isə bu məbləğin 10 AZN olması barədə ümumi razılıq əldə olundu. Fəaliyyətə başladığı ilk həftələrdən icmanın bu qrup ilə yaxından tanışlığını təmin etmək, özlərinin və icma əhalisinin sosial problemlərinin həllində töhfələrini vermək məqsədi ilə icmada bir çox sahələrdə görüləcək işləri planlaşdırmağı qərara alıb və uğurla öhdəsindən gəlib. Belə ki, qrup ərazidə uzun müddət həll olunmayan tullantıların ərazidən daşınması problemini həll edib və sonra əhali arasında maarifləndirmə işləri aparmaqla yenidən bu cür hallar ilə rastlaşmamaq üçün icmada təbliğat işləri aparılmasına başlanılıb. Növbəti olaraq aztəminatlı ailələrin uşaqlarına geyim və məktəbli ləvazimatı ilə kömək etmək məqsədi ilə icma daxilindən paltar və ayaqqabılar toplanıb və ehtiyacı olan ailələrə verilib.
    Gəlir əldə etmək və iqtisadi baxımdan güclənməyə çalışan Novruz Qrupunun qadınları icmadaxili tələbata uyğun olaraq müxtəlif çeşiddə peraşki, tort, şirin kökələr və s. kimi şirniyyatlar hazırlayaraq kənddə səyyari satışı təşkil edilir və rayon mərkəzində də satış planlaşdırırlar.
    Azərbaycan kənd investisiya layihəsinin (AzKİL) direktor müavini Gülbəniz xanım Qənbərova bildirib ki, Yaponiya Səfirinin açılış mərasimləri üçün baş çəkəcəyi bütün layihələr, o cümlədən Balakən rayonunun Mahamalar icması məhz AzKİL tərəfindən səfərbər edilib və bu günə qədər Azərbaycanda 1536 icma AzKİL tərədindən səfərbər olunub. Müəyyən müddətdən bir Yapon səfirliyi bizim bəzi icmalara infrastruktur qrantları ayırır, biz bundan xəbərdarıq və belə təşəbbüsləri həqiqətən də yüksək qiymətləndiririk.
    Gülbəniz Qənbərova onu da əlavə edib ki, AzKİL ilə Yaponiya Səfirliyi arasında hələ 2004-cü ildə əməkdaşlıq baş tutub və bu əməkdaşlıq çərçivəsində AzKİL-in Layihə Hazırlıq Qrupunun əməliyyatları üçün 3.3 milyon ABŞ dolları məbləğində səfirlik tərəfindən qrant ayrılıb.
    Qadın İnkişaf Qruplarının yaranma təşəbbüsü haqda danışan xanım Qənbərova cənab səfirin diqqətinə çatdırıb ki, Qadın İnkişaf Qrupları 2018-ci ilin mart ayında sınaq olaraq Qadnların İqtisadi Səlahiyyətləndirilməsi komponenti çərçivəsində yaranıb. Bu qrupların yaranması AzKİL və Hindistanın Kudumbaşri layihəsinin uğurlu əməkdaşlığının nəticəsində reallaşıb. Masallı, Lənkəran, Ağdam, İsmayıllı və Balakən olmaqla 5 rayonun ərazisində 88 nəfərin cəlb olunduğu 6 Qadın İnkişaf Qrupu fəaliyyətə başlayıb, artıq onlardan 5-i öz kiçik müəssisəsini yaradıb. Məhz həmin icmalardan olan gənc kadrlar İcma Biznes Təbliğatçıları qismində AzKİL-in təşkil etdiyi təlimlərdə iştirak edərək sertifikatlarla mükafatlandırılıb. Layihənin işçi heyəti ilə birlikdə onlar pilot rayonlarda 5 biznes inkubatoru yaratmaqla, Qadın İnkişaf Qrupları tərəfindən qurulmuş müəssisələrə yerlərdə biznesin inkişafı xidmətlərini göstərəcəklər.
    Daha sonra, qadın qrupunun hazırldığı çay və şirniyyat süfrəsi ətrafında söhbətlər davam etdirilib. Söhbət əsnasında, səfir Teruyuki Katori qadın qrupları haqda əldə etdiyi məlumatlardan və gördüklərindən dərin təəssüratlar əldə etdiyini, eləcə də qadın qruplarına gələcəkdə qrant şəklində texniki dəstək vermək məsələsini nəzərdən keçirəcəyini bildirib.
    Qrup üzvləri Qabaqçöl qəsəbəsindəki şirniyyat evinə baş çəkən cənab səfirə və icra hakimiyyəti başçısına bir daha minnətdarlıqlarını bildiriliblər və qrup adından xüsusi hazılanmış tortu cənab səfirə hədiyyə olaraq təqdim ediblər. Öz növbəsində, Gülbəniz Qənbərova Yaponiya səfirliyi ilə gələcək uzunmüddətli əməkdaşlığa və səfirliyin qadın qrupları ilə bağlı texniki dəstəyinə ümidvar olduğunu bildirib.

    YAPONİYA SƏFİRİ BALAKƏNDƏ QADIN İNKİŞAF QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

    YAPONİYA SƏFİRİ BALAKƏNDƏ QADIN İNKİŞAF QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

    YAPONİYA SƏFİRİ BALAKƏNDƏ QADIN İNKİŞAF QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

    Bölmələr: ---