» Bahar qrupu bir sıra yeniliklərə imza atıb

 
 
 

Bahar qrupu bir sıra yeniliklərə imza atıb

Baxılıb: 130

  • Tarix: 10-07-2018, 11:42
  • Masallı rayon Çaxırlı icmasında fəaliyyət göstərən Bahar qrupu son günlər icmada xeyli yeniliklər ediblər. Onlar həm özlərini tanıtmağa, həm insanları ictimai işə alışdırmağa can atırlar. Kənddə olan təqribən 500 metrlik ən çox zibil atılan əraziyə toplaşan qrup üzvləri həmin ərazidə olan bütün zibilliklərin yığılıb daşınmasına, orada olan yolkənarı arxların təmizlənməsinə nail olublar. Belə gözəl nümunə göstərən Bahar qrupu növbəti həftə kənd sakinləri ilə birgə bütün ərazilərdə təmizlik işləri aparılması və təmizlənən ərazilərə plakatlar vurulmasını nəzərdə tutublar.
    Bahar Qadın İnkişaf qrupu özünün gəlir sahəsi kimi seçdiyi kompot istehsalını da genişləndiriblər. Bahar Qadınlar Qrupu etiketini hazırladan fəal qadınlar artıq hər gün ən azı 300 ədəd kompot bağlayır və müştərilərə təhvil verirlər. Keyfiyyətli və təmiz məhsul alıcılar tərəfindən yüksək qiymətləndirildiyindən sifarışçilərin sayı sürətlə artır.

    Bahar qrupu bir sıra yeniliklərə imza atıb

    Bahar qrupu bir sıra yeniliklərə imza atıb

    Bahar qrupu bir sıra yeniliklərə imza atıb

    Bahar qrupu bir sıra yeniliklərə imza atıb

    Bölmələr: ---