» "QARABAĞ" Qadın İnkişaf Qrupuna Tibbi Təlim verildi

 
 
 

"QARABAĞ" Qadın İnkişaf Qrupuna Tibbi Təlim verildi

Baxılıb: 11

  • Tarix: 10-07-2018, 11:25
  • 2 ay öncə AzKİL-2-nin Qadınların İqtisadi Səlahiyyətlənməsi Proqramı çərçivəsində Ağdam rayonunun Zəngişalı icmasında təsis edilən Qarabağ Qadın İnkişaf Qrupu öz təşəbbüslərinə təşəbbüs qataraq öz hədəfləri istiqamətində müsbət addımlarını atmaqda davam edirlər.
    Çox maraqlı tərəflərdən biri də budur ki, açılışına sayılı günlər qalan Qadınların TİKİŞ ATELYESI bu gün özündə birləşdirdiyi 13 qadının nəfəsi ilə , əlinin əməyi ilə öz iş yerlərini işıqlandırmaqla yanaşı Zəngişalı kəndinə də bir səs salaraq kəndin qadınlarını ayağa qaldıra bilmişdir. Belə ki, ötüb keçən az bir müddət ərzində Qadın Qrupuna üz tutub bu işə qoşulmaq istəyənlərin sayı, iş istəyənlər belə olması diqqətimizdən yayınmamışdır, halbuki hələ bu bir sınaq layihəsi və bir sınaq işidir.
    Butün bunlarla yanaşı Qarabağ Qadın Qrupunun üzvləri fəaliiyətlərinə başladıqları 2 ay ərzində kənd əhalisinin ən həssas yeri olan kənd qəbirstanlığının ətrafında apardıqları təmizlik-abadlıq işləri ilə diqqətləri öz üzərlərinə çəkmiş, bu bir yana qalsın, 2 ay ərsində həyata keçirdikləri Səhiyyə Xidməti aksiyaları Qadınlar Qrupunun kənddə nüfuzuna səbəb olmuşdur. Hər birində 25-30 nəfər qadın və uşaqların, yaşlı nəslin nümayəndələri, yataq xəstələri belə Qrupun sədri - həkim Nazilə İbrahimova və Qrup Qadınları tərəfindən fərdi olaraq müayinə edilmiş, müvafiq müalicələr yazılmış, tibbi xidmətlərlər (təzyiqin və şəkərin ölçülməsi, boyun və çəkinin yoxlanması, iynə və manipulyasiyalar) göstərilmişdir. Bir sözlə Qadınlar Qrupu onlara müraciət edən kənd qadınlarına, o cümlədən hamilə qadınlara, uşaqlara tibbi xidmət göstərərək onları özlərindən razi və məmnun halda , hörmətlə yola sala bilmişlər. Bir sözlə desək elə həmin gündən də Qarabağ Qadınlar Qrupunun qapısı bir ümüd yerinə çevrilmişdir.
    İki gün öncə isə Qarabağ Qadın İnkişaf Qrupunda Qrupun sədri, həkim Nazilə İbrahimova , və AzKİL -2 Qarabağ zonasının İcma İnkişafı əməkdaşı, Qarabağ QİQ-in üzvü, Yəməntac Əmirova səhiyyə təlimi keçmişdir . Təlimdə AzKİL-2 Direktor müavini Gülbəniz xanım iştirakı Qarabağ Qadın Qrupunun bütün üzvlərinin sevincinə səbəb ola bilmişdir, təlim boyunca maraqlı sualları və bilgiləri ilə təlimə qatqı verən Gülbəniz xanım bütün Qarabağ Qadın Qrupunun xanımlarını təlim boyunca motivasiya etməyi də yaddan çıxarmamışdır.
    Təlimin mövzusu nəinki qadın Qrupunun üzvləri üçün, bu gün bütün bəşər qadınlarının həyati üçün əhəmiyyətli və aktual olan Osteoparoz, onun yaranma səbəbləri, əlamətləri, müainə və müalicə yolları, fəsadları, ən əsası isə ondan qorunmaq yollarına həsr edilmiş, təlim boyunca Nazilə İbrahimova və Yəməntac Əmirovanın bu həyat tərzi xəstəliyi haqqında maraqlı faktları və nəzəriyyələri dinlənmiş, izahlar verilmiş , bir sözlə təlim tam qarşlıqlı diskusiya , sual-cavab, həkimin 25 illik təcrübələrindən əldə edilmiş dərslərin ötürülməsi ilə keçmiş və bütün iştirakçıların ciddi marağına səbəb oldu .
    Təlimdə qadınların təzyiqinin ölçülməsi, hətta bir neçəsinə bunun öyrədilməsi qadınlar üçün yenilik oldu.
    Səhiyyə təlimi Qarabağ Qadın İnkişaf Qrupunun bundan sonra da davam etdirəcəyi fəlaiyyətlərdən biri idi və bunun nəticələrindən də qadınların hər biri faydalana biləcəkdir.
    Sonda bütün bu ürəkaçan uğurları görərək , biz də Qarabağ Qadin İnkişaf Qrupuna gəlib-keçmiş bu azsaylı günlərin uğurlarından dolayı təbrik edir və onların özləri üçün qəbul etdiyi Bizə Yol Verin! devizinə qoşulub Yolunuz açıq olsun deyirik!

    "QARABAĞ" Qadın İnkişaf Qrupuna Tibbi Təlim verildi

    "QARABAĞ" Qadın İnkişaf Qrupuna Tibbi Təlim verildi

    "QARABAĞ" Qadın İnkişaf Qrupuna Tibbi Təlim verildi

    "QARABAĞ" Qadın İnkişaf Qrupuna Tibbi Təlim verildi

    "QARABAĞ" Qadın İnkişaf Qrupuna Tibbi Təlim verildi

    "QARABAĞ" Qadın İnkişaf Qrupuna Tibbi Təlim verildi

    "QARABAĞ" Qadın İnkişaf Qrupuna Tibbi Təlim verildi

    Bölmələr: ---