» "NOVRUZ" - Qadın İnkişaf Qrupu, Balakən (Qaysa kəndi)

"NOVRUZ" - Qadın İnkişaf Qrupu, Balakən (Qaysa kəndi)

Baxılıb: 32

  • Tarix: 26-05-2018, 16:08
  • Novruz QİQ artıq fəaliyyətə başladığı ilk həftələrdən icmanın bu qrup ilə yaxından tanışlığını təmin etmək, özlərinin və icma əhalisinin sosial problemlərinin həllində töhfələrini vermək məqsədi ilə icmada bir çox sahələrdə görüləcək işləri planlaşdırmağı qərara aldı. Qısa müddətdə qarşıya qoyduqları bir neçə problemlərin həllinə nail oldular. Bu problemlərin aradan qaldırılmasında dəstək üçün üzvlər bələdiyyə sədri Rafael Oynağanova müraciət etdilər. İlk təşəbbüs heç bir yolla öhdəsindən gələ bilmədikləri məişət tullantılarının təmizlənməsi oldu. Rafael müəllim bu təşəbbüsü bəyənərək QİQ üzvlərinə hər zaman dəstək olacaqlarını bildirdi. Növbəti gün QİQ-nin və həmçinin digər icma sakinlərinin dəstəyi, eləcə də bələdiyyədən ayrılmış işçi qüvvəsinin birgə fəaliyəti nəticəsində həmin ərazidə olan tullantılar toplanaraq ərazidən uzaqlaşdırıldı, bir qismi yandırıldı və torpağa basdırılmaq yolu ilə ləğv edildi. Bundan sonra daha çox ehtiyac içərisində yaşayan aztəminatlı ailələrin üst geyimləri toplayaraq yaxından dəstək oldular.
    Novruz qrupunun xanımları Qaysa kəndində olduqca kasıb şəraitdə yaşayan digər ailələrin evlərinə səfər etdilər. Kəndin mərkəzindən xeyli kənarda yaşayan bu ailələrin uşaqları məktəb yaşında olmadığından onlar üçün ayrılmış geyimlərin evlərdə paylanılması öncədən nəzərdə tutulmuşdur. Novruz QİQ-nin növbəti hədəfi isə qrup görüşü zamanı təklif olunan həssas qruplardan biri olan yaşlı və tənha yaşayan icma üzvlərinin evinə səfər etmək oldu. Məqsəd bu qrupların ehtiyacı olan böyük mənəvi dəstəyin onlara verilməsidir. Qrup üzvlərinin iştirakı ilə bu görüşlər də yüksək səviyyədə keçirildi.
    Maraqlı budur ki, biz qadınlar bir araya gəldikdən sonar başa düşdük ki, kiçik biznes qurmaq heçdə böyük investisiya tələb etmir Bir sözlə, dayanmadan həftəlik fəaliyyət planını müzakirə edib fəaliyyətlərini genişləndirməyə çalışan NovruzQİQ nin qadınları peraşki,şirin kökələr və s. kimi şirniyyatlar hazırlayaraq kənddə artıq səyyari satışa başlamış, rayon mərkəzində isə satış planlaşdırırlar.

    Bölmələr: ---