» Qadın İnkişaf Qrupları öz işini uğurla davam etdirir

 
 
 

Qadın İnkişaf Qrupları öz işini uğurla davam etdirir

Baxılıb: 87

  • Tarix: 21-05-2018, 15:28
  • Qrup kəndin ictimai həyatında öz fəal müdaxiləsi ilə artıq hamının diqqətini və hörmətini qazanmışdır. Yarandığı qısa müddət ərzində ARZU qrupu Sumağallı Kənd Bələdiyyəsi ilə görüşərək kəndin sanitariya-təmizlik məsələləri ilə bağlı müzakirə aparmış, bu mövzuda əhaliyə müraciət hazırlayaraq onu kənddəki bütün evlərə çatdırmış, uzun müddət xəstəlikdən əziyyət çəkən kənd sakininə qrup halında baş çəkərək ona yardım göstərmiş və lazımi qurumlara bununla bağlı müraciət etmişdir. ARZU Qrupu Kənd İnvestisiya Layihəsinin bu yaxınlarda İsmayıllı şəhərində keçirilən “Nəticələrin Təqdimatı” Konfransında Sumağallı icmasını layiqincə təmsil etmiş və konfrans iştirakçılarını kəndə dəvət edərək onları AzKİL-dən maliyyələşən “Cücə İnkubator Sexi”nin fəaliyyəti ilə tanış etmişdir.
    Rayon İcra Hakimiyyətinin Başçısı Mirdamət Sadıqov ARZU qrupunu qəbul edərək onun fəaliyyəti ilə tanış olmuş və bundan qürur duyduğunu bildirmişdir. Qrupda həftəlik olaraq pul yığımı həyata keçirilir və 6 aydan sonra qrup üzvlərinin ümumi razılığı ilə öz vəsaitləri hesabına kiçik bir gəlirgətirən Layihə həyata keçirilməsi nəzərdə tutulur.
    Qrup yüksək təşəbbüskarlıq göstərərək həftəlik yığımla paralel qrup üzvlərinin daxili imkanları hesabına Kənddə Xalça Sexi təşkilinə başlamışdır. Hana, toxuma alətləri, saplar və s. qrup üzvləri tərəfindən töhfə olunacaq.ARZU Qrupu yaxın günlərdə özünün ilk biznesi olan Xalça Sexinin açılışını keçirməyi planlaşdırır.

    Qadın İnkişaf Qrupları öz işini uğurla davam etdirir

    Qadın İnkişaf Qrupları öz işini uğurla davam etdirir

    Qadın İnkişaf Qrupları öz işini uğurla davam etdirir

    Qadın İnkişaf Qrupları öz işini uğurla davam etdirir

    Qadın İnkişaf Qrupları öz işini uğurla davam etdirir

    Bölmələr: ---