» "Kənd İnvestisiya Layihəsi Nəticələrin Şərhi" adlı konfrans İsmayıllıda baş tutdu

"Kənd İnvestisiya Layihəsi Nəticələrin Şərhi" adlı konfrans İsmayıllıda baş tutdu

Baxılıb: 107

  • Tarix: 15-05-2018, 09:38
  • Mayın 12-də İsmayıllı şəhərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd İnvestisiya Layihəsinin (AzKİL) nəticələri təqdim edilib. Tədbirdə Dövlət Xidmətinin yeni rəisi Mirzə Əliyev, İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, AzKİL-in direktoru Sübhan Əskərov, AzKİL-in direktor müavini Gülbəniz xanım Qənbərova, AzKİL ilə əməkdaşlıq edən 49 icmadan 150-yə qədər icma liderləri, AzKİL-in Bakıdan və regionlardan olan əməkdaşları və müxtəlif media nümayəndələri iştirak edirdilər.
    Tədbirdən öncə, konfransın baş tutduğu İsmayıllı rayon mədəniyyət evinin foyesində, AzKİL ilə əməkdaşlıq edən icmaların istehsal etdikləri kənd təsərrüffatı məhsullaının sərgisi təşkil olunub. Sərgi ilə tanış olan qonaqlara bildirilib ki, burada məqsəd gəlirgətirən sahələrin inkişafına nail olmaqla yanaşı, yeni iş yerlırini təşfiq etməkdir.
    Konfranda giriş sözü ilə çıxış edən İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov AzKİL-in İsmayıllı rayonuna böyük töhfələr verdiyini vurğulayaraq, Layihə çərçivəsində 48 mikro-layihənin uğurla başa çatdığını bildirib.
    Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev də bildirib ki, ən iri və ən uzunömürlü layihələrdən biri hesab olunan AzKİL çərçivəsində ölkəmizdə 2178 mikro-layihə uğurla icra edilib və faydalananların ümumi sayı 3.6 milyon nəfərdən çoxdur.
    Növbəti olaraq, konfransda infrastruktur, gəlirgətirən və ictimai inkişaf layihələri üzrə 3 paneldə layihə rəhbərləri öz işlərini təqdim edərək, təcrübələrini paylaşıblar. Yekunda, hər 3 panelin nümayəndələri yekun təqdimatla konfrans iştirakçıları qarşısında çıxış ediblər.
    Tədbir zamanı həmçinin AzKİL-in əmkdaşlılq etdiyi Muğan-Salyan və Qarabağ zonalarından olan istedadlı nümayəndələri öz rəngarəng musiqili nömrələri ilə konfrans iştirakçılarında xoş əhval-rughiyyə yaradıblar.
    Konfrans yekunlaşdıqdan sonra müxtəlif zonaları təmsil edən iştirakçılar İsmayıllı rayonunda həyata keçirilmiş icma əsaslı gəlirgətirən layihələrlə tanışlıq məqsədilə Sumağallı kəndinə və Lahıc qəsəbəsinə səfər ediblər.

    Bölmələr: ---