» QADINLARIN İQTİSADİ SƏLAHİYYƏTLƏMƏSİ PROQRAMI QARABAĞDA

QADINLARIN İQTİSADİ SƏLAHİYYƏTLƏMƏSİ PROQRAMI QARABAĞDA

Baxılıb: 61

  • Tarix: 25-04-2018, 08:18
  • Kənd Təsərrüfat Nazirliyi və Dünya Bankının dəstəyi ilə AzKİL-2-nin fəaliyyət zonalarında pilot olaraq start götürən QADINLARIN İQTİSADİ SƏLAHİYYƏTLƏMƏSİ PROQRAMI bu gün yolunu AZKİL benefisiarları olan Ağdam rayonu Zənğişalı icmasından saldı. Qadınlarla bağlı belə bir tədbirin ilk dəfə olmasına baxmayaraq iştirak mütəşəkkil oldu, hətta bu tədbirin işində Ağdam rayonu İcra Hakimiyyətinin nümayəndəsi Ziya Hümbətov da iştirak etdi və bu Proqramın vacibliyini dilə gətirərək qadınlar haqqında atılan bu addıma müsbətyönümlü fikirlər söylədi və bütün məsələlərdə qadınların arxasında olduqlarını söylədi.
    Səfərbərlik yığıncağı AzKİL-2 direktor müavini Gülbəniz Qənbərovanın Proqram haqqında ətraflı məlumatı ilə başladı. Qarabağ Regional Ofisinin rəhbəri Əbülfət müəllimin xoş diləkləri, Baş səfərbərçi Gülanə xanımın isə tədbir boyunca təqdimatı və çıxışı qadın iştirakçılarda bu Proqrama qarşı maraq yaratdı. Sonra kəndin Bələdiyyə sədri Şahmalı Qəhrəmanov bu Proqramın pilot olaraq Zəngişalı icmasına salınmasından bütün icma sakinlərinin məmnun qaldığını bildirdi və onların təşəkkürünü çatdırdı.
    Zəngişalı icma sakinləri Nazilə İbrahimova, Vüsalə Cavadova , Gülbəniz Bayramova və digərləri bu görüşdən razı qaldıqlarını və bu Proqramın qadınların sosial iqtisadi güclənəcəyinə ən yaxşı tövhə olduğunu bildirdilər.
    Tədbir Proqramın zonalarda əldə olunan maraqlı təcrübələrin ötürülməsi və müzakirəsi ilə başa çatdı.

    Bölmələr: ---