» Mehrablıda cücə inkubatoru tam gücü ilə işləyir

Mehrablıda cücə inkubatoru tam gücü ilə işləyir

Baxılıb: 43

  • Tarix: 20-04-2018, 10:16
  • Ağcabədi rayon mərkəzindən 25 km aralıda yerləşən Mehrablı icması İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə əməkdaşlığında nəzərə çarpaçaq addımlar ataraq icmayönümlü layihələrdən bacarıqla faydalanmışdır. Bu layihələr 2013-cü ildə İcmadaxili yolların təmiri layihəsi və 2015-ci ildə İcmanın abadlaşdırılması layihəsi çərçivəsində istirahət parkının abadlaşdırılması layihəsi olmuşdur.
    Son illər icmada ailə təsərrüfatlarının çox hissəsinin quşçuluqla məşğul olması, maddi qazanclarının müəyyən faizinin quşçuluqdan gəlməsi icma sakinlərini Gəlir Gətirən Layihələrə müraciət etməyə yönəltdi. 2018-ci ilin yanvar ayından bu icmada İnkubator Cücə Müəssisəsi öz fəaliyyətinə başladı. Biznes Qrupu üzvlərinin söylədiklərinə görə və öz müşahidəmizə əsasən kiçik inkubator müəssisəsi tam gücü ilə işləyir.
    Artıq Qaradolaq, Aran, Kəbirli və Yeni Qaradolaq kəndlərinin sakinləri cücə əldə etmək üçün Mehrablı icmasına üz tuturlar. Bu isə icmanın diqqəti cəlb edən uğularındandır. Biznes Qrup üzvlərinin və inkubatorun işçilərinin fikrincə əhalinin tələbatını ödəyə bilmək üçün tam istehsal gücü ilə işləmək, tələbatı hələ də ödəmir və bunun üçün istehsal sahəsini, mühərrik sayını da artırmaq lazımdır.

    Bölmələr: ---