» Qarabağ zonasında qarşılıqlı mübadilə görüşü baş tutdu

 
 
 

Qarabağ zonasında qarşılıqlı mübadilə görüşü baş tutdu

Baxılıb: 178

  • Tarix: 27-02-2018, 23:29
  • AzKİL-2-nin "İcma şəbəkələşməsi" çərçivəsində bu gün Qarabağ zonasının Regional Əməliyyatlar Ofisində 3 icma arasında keçirilən Qarşılıqlı Mübadilə Görüşü öz işini başa çatdırdı. Beyləqan rayonu Gödəklər icması, Ağdam rayonu Alıbəyli icması, Ağcabədi rayonu Qaraxanlı icmalarının qatıldığı bu tədbirdə İcma Qrup üzvləri İcma layihələrində qadınların rolu mövzusunda icma layihələrinin seçimində, hazırlanmasında və faydalanmada qadınların necə iştirak etdiyini, bunlarla yanaşı nəyi bacara bilmədiklərini və səbəblərini, eyni zamanda gələcək plan və istəklərindən də söz edərək öz təcrübələrini bir-birlərinə ötürməyi bacardılar və yeni təkliflər verməyi də vacib hesab edərək fəallıqlarını göstərə bildilər. Təqdimatların sonunda təqdimat ətrafında sual cavab və çıxışlar dinlənildi.
    Tədbirdə qonaq kimi iştirak edən Ağcabədi rayonu Mehrablı icmasının iki nümayəndəsi AzKİL-2 ilə öz uğurlarından danışaraq buna məhz qadınların gücündən və təcrübəsindən istifadə edərək nail olduğunu bildirməyi unutmadı və bu yaxınlarda icmalarında başa çatıb işə başlamış və ilk məhsullarını əldə etmiş inqubator sexinin tikintisi layihəsindən icmalarındakı bir çox sosial qrupdan olan ailə təsərrüfatlarının faydalandığını və bu işdən məmnunluğunu dilə gətirərək, gələcəkdə bu işi daha da genişləndirməyi düşündüklərini dilə gətirib Mehrablı icması adından AzKİL-ə çox minnətdarlıqlarını biıdirdilər.
    Sonda Proqram Mütəxəssisi Əbülfət Əhmədov yekun söz ilə çıxış edərək bütün iştirakçılara minnətdarlığını bildirdi, qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etdi və AzKİL-3-də yeni layihələrlə böyük uğurlar qazanacaqlarına ümüdvar olduğunu bildirərək bir daha iştirakçılara təşəkkürünü bildirdi.

    Qarabağ zonasında qarşılıqlı mübadilə görüşü baş tutdu

    Qarabağ zonasında qarşılıqlı mübadilə görüşü baş tutdu

    Qarabağ zonasında qarşılıqlı mübadilə görüşü baş tutdu

    Qarabağ zonasında qarşılıqlı mübadilə görüşü baş tutdu

    Bölmələr: ---