» Zonadaxili Qarşılıqlı Görüş bu dəfə Qusar rayonunda baş tutdu

 
 
 

Zonadaxili Qarşılıqlı Görüş bu dəfə Qusar rayonunda baş tutdu

Baxılıb: 192

  • Tarix: 26-02-2018, 09:12
  • Növbəti zonadaxili Qarşılıqlı Görüş Şimal zonasının Qusar rayonu ərazisində baş tutdu. Qusar rayonunun Bədirqala, Xudat Qazmalar, Yasab və Balaqusar icmalarının fəalları və İQ üzvlərinin təmsil olunduğu bu görüşdə AzKİL-in direktor müavini, İcma inkişafı və Bacarıqların Artırılması üzrə meneceri Gülbəniz Qənbərova və Baş Təlimçi Tünzalə Hacıyeva da iştirak edirdi. Gündəlikdə nəzərdə tutulan mövzu hər zaman aktual olan İcma Fondu və onun idarə edilməsinə həsr olunmuşdur. Müzakirələr zamanı iştirakçılar həyata keçirilən layihələrin dayanıqlığının qorunması məqsədi ilə yaradılmış, müntəzəm olaraq hesabatlılığın və şəffaflığın təmin olunduğu, yeni layihələrin həyata keçirilməsində əhəmiyyətli dərəcədə rol oynayan icma fondundan, onun idarə olunmasından, qarşıya çıxan çətinliklərdən və onların aradan qaldırılması yollarından danışdılar. Təcrübələr ötürüldü, öyrənilmş dərslər müzakirə olundu. Olduqca maraqlı müzakirələr fonunda keçən görüş başa çatdıqdan sonra iştirakçılar tərəfindən Balaqusar icmasında həyata keçirilmiş "Tibb məntəqəsinin təmiri" layihəsinə baxış məqsədi ilə səfər olundu. AzKİL-in həyata keçirdiyi bu layihə olduqca səliqəli və əsrarəngiz görünürdü. Buna səbəb isə layihənin dayanıqlığının təmin olunmasına zəmin yaradan qayğı və icma fondudur.

    [center]Zonadaxili Qarşılıqlı Görüş bu dəfə Qusar rayonunda baş tutdu

    Zonadaxili Qarşılıqlı Görüş bu dəfə Qusar rayonunda baş tutdu

    [/center]

    Bölmələr: ---