» CÜCƏ İNKUBATOR SEXİ İŞƏ BAŞLADI

 
 
 

CÜCƏ İNKUBATOR SEXİ İŞƏ BAŞLADI

Baxılıb: 120

  • Tarix: 23-02-2018, 16:25
  • Ağcabədi rayon Mehrablı icması İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL- 2) ilə 2013-cü ildən əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində icmada ictimai infrastrukturun təmiri/ bərpası və yenidən qurulması istiqamətində 2013-cü ildə Yolun təmiri , 2015-ci ildə İcmanın abadlaşdırılması, 2017-ci ildə isə İnkubator sexinin tikintisi layihələri həyata keçirilmişdir.
    İctimai infrastrukturu yaxşılaşdırılmış və müvafiq olaraq, bazar imkanları genişlənmiş icma üzvləri İcma əsaslı gəlir gətirən fəaliyyətlər çərçivəsində icmada gəlir gətirən müəssisənin inkişafını dəstəklədilər.
    İnkubator müəssisəsinin fəaliyyəti nəticəsində damazlıq yumurta ev təsərrüfatlarından təchiz olunacaq, müəssisə yerli icma üzvləri tərəfindən idarə ediləcək. Avadanlıq və vasitələrin çox az hissəsi idxal olunub. Əsas avadanlıqlar isə yerli istehsal hesabına təchiz olunub. Əsas satış yerləri də yerli bazarlardır.
    Müəssisənin fəaliyyəti nəticəsində icmada cücə yeminin istehsalı və satış mərkəzi, baytarlıq vasitələrinin satış məntəqəsi və eləcədə, özəl baytar həkim xidmətinin inkişafı təşəkkül tapacaqdır.
    Müəssisədə hər birinin yumurta tutumu 2300 ədəd olan 4 (dörd ədəd) inkubasiya dolabı və tutumu 2300 ədəd olan 1(bir) ədəd qurutma dolabı var. Birdəfəlik yumurta tutumu 9200 ədəddir. Mövsüm ərzində müəssisədə 50 60 min bir günlük cücə satışı planlaşdırılıb.
    Müəssisənin fəaliyyətindən faydalanan icma üzvləri və eləcədə qonşu icmaların üzvləri orta hesabla 25 30 % - xərclərini azaltmaqla gəlir əldə etmək inkanı qazanacaqlar.

    CÜCƏ İNKUBATOR SEXİ İŞƏ BAŞLADI

    CÜCƏ İNKUBATOR SEXİ İŞƏ BAŞLADI

    CÜCƏ İNKUBATOR SEXİ İŞƏ BAŞLADI

    CÜCƏ İNKUBATOR SEXİ İŞƏ BAŞLADI

    CÜCƏ İNKUBATOR SEXİ İŞƏ BAŞLADI

    CÜCƏ İNKUBATOR SEXİ İŞƏ BAŞLADI

    CÜCƏ İNKUBATOR SEXİ İŞƏ BAŞLADI

    Bölmələr: ---