» ELAN - Məlumat İdarəetmə Sistemi üzrə Mütəxəssisin Seçimi

 
 
 

ELAN - Məlumat İdarəetmə Sistemi üzrə Mütəxəssisin Seçimi

Baxılıb: 46

  • Tarix: 9-02-2018, 16:19
  • Kənd Təsərrüfatı Nazirliyi yanında
    Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə
    Dövlət Xidmətinin
    nəzarəti altında həyata keçirilən

    Azərbaycan İkinci Kənd İnvestisiya Layihəsi (AzKİL-2)

    Məlumat İdarəetmə Sistemi üzrə Mütəxəssisin Seçimi

    DƏVƏT


    Azərbaycan İkinci Kənd İnvetsisiya Layihəsi fəaliyyəti üçün zəruri olan məlumat idarəetmə sistemi (MİS) bazasının tərtibatı, icrası və istismarıına dəstək vermək məqsədi ilə Məlumat İdarəetmə Sistemi üzrə Mütəxəssisin secimini elan edir. Mütəxəssisin əsas vəzifələrinə MİS bazasının hazırlanması, sınaqdan keçirilməsi, icrası, yararlı vəziyyətdə saxlanması, istifadəçi məmnuniyyəti, iqtisadi səmərəliliyi və tələbata cavab verməsinin təminatı daxildir.

    Xidmətin icra müddəti ilkin olaraq 8 aydır və tərəflərin qarşılıqlı razılaşması əsasında uzadıla bilər.

    Bu məqsədlə KTLKİDX/AzKİL-2 məsləhətçiləri maraq ifadəsinə dəvət edir. Maraqlanan məsləhətçilər bu vəzifənin yerinə yetirilməsi üçün müvafiq bacarıqları haqda məlumatları təqdim etməlidirlər.

    Tələblər:

    • Kənd yerlərinin inkişafı layihələrində Məlumat İdarəetmə Sisteminin qurulması və idarə edilməsi sahəsində minimum 5 il təcrübəyə malik olmaqla, Coğrafi İnformasiya Sistemi (CİS)/Məlumatın emalı üzrə texniki təcrübə;
    • Tətbiq prosesinin müxtəlif mərhələlərində problemləri həll etmək bacarığı, Monitorinq və Qiymətləndirmə üzrə təcrübəyə əlavə üstünlük veriləcək;
    • İki və ya daha artıq CİS paketi üzrə güclü CİS bacarıqları. Open Data Kit və KoBo Toolbox-dan istifadə bacarığı əlavə üstünlük hesab ediləcək;
    • Güclü Macro / C / C++ / Visual Basic proqramlaşdırma bacarıqları;
    • Komandalarla və hökumət tərəfdaşları ilə effektiv və həssas şəkildə işləmək qabiliyyəti;
    • Azərbaycan dili ilə yanaşı, əla İngilis dili bacarığı (şifahi və yazılı);
    • Bacarıqların artırılması sahəsində sınanmış uğurlu təcrübə.


    Tərcümeyi hallar (CV) 16 fevral 2018-ci il tarixə qədər aşağıdakı ünvana göndərilməlidir:

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
    Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin
    İdarə Edilməsi üzrə Dövlət Xidməti
    Azərbaycan İkinci Kənd İnvestisiya Layihəsi
    Ü. Hacıbəyli küç., 84, Hökumət Evi, otaq 848
    Tel: 498 10 89; Faks: 493 48 13
    E-mail: aybeniz@azrip.org

    [center]ELAN - Məlumat İdarəetmə Sistemi üzrə Mütəxəssisin Seçimi[/center]



    Bölmələr: ---