» Masallıda Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədinin İctimai Dinləmə görüşü

Masallıda Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədinin İctimai Dinləmə görüşü

Baxılıb: 211

  • Tarix: 8-01-2018, 09:20
  • Azərbaycan Kənd İnvestisiya Layihəsinin tərəfindən AzKİL -3 Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədinin növbəti İctimai Dinləmə görüşü 06 yanvar 2018-ci il tarixdə Masallı rayonunda keçirildi. Bu görüşdə AzKİL LİQ İcma İnkişafi üzrə meneceri və Direktor müavini Gülbəniz Qənbərova, Masallı rayonu İcra Hakimiyyəti Başçısının müavini Aybəniz Qafarova, AzKİL LİQ Ətraf mühit üzrə mütəxəssisi Telman Zeynalov, Masallı rayonu üzrə Qadın resurs mərkəzinin nümayəndəsi Nərgiz Muxtarova və Bahar Abuzərova, Tərəqqi İctimai Birliyinin nümayəndələri Rafət Şirəliyev, Raci Səfərov , Masallı rayonu 1 saylı ərazi üzrə Ekologiyavə təbii sərvətlər idarəsinin məsləhətçisi Alxas Poladov, Masallı rayon meşə mühafizəsi mərkəzinin nümayəndəsi İlham Vəliyev və AzKİL ilə əməkdaşlıq edən fəal icma qrupu üzvləri iştirak edirdilər.
    Görüşdə ilkin olaraq ev sahibi kimi Masallı rayon İH başçısının müavini Aybəniz Qafarova çıxış edərək AzKİL tərəfindən Masallı rayonu və cənub ərazisində görülən uğurlu işlərdən danışdı və ətraf mühit mövzusunun hər bir icma üzvü üçün vacib olduğunu vurğuladı.
    Telman Zeynalovun təqdimatından sonra görüş başlanğıcdan sonadək fəal müzakirələr çərçivəsində keçdi. Həm icma üzvləri, həm qonaqlar maraqlı sual və təklifləri ilə görüşün rəngarəng keçməsinə təkan verdilər.

    Bölmələr: ---