» Naxçıvanda Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədinin İctimai Dinləmə görüşü

 
 
 

Naxçıvanda Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədinin İctimai Dinləmə görüşü

Baxılıb: 138

  • Tarix: 8-01-2018, 09:16
  • Naxçıvan şəhərində AzKİL-3 Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədinin İctimai Dinləmə görüşü keçirildi.
    Görüşdə AzKİL LİQ İcma inkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz xanım Qənbərova, Proqram rəhbəri Əbülfət Əhmədov,Naxçıvan MR Ekologiya Nazirliyinin Ətraf Mühitin Mühafizəsi üzrə Müfəttişliyinin rəisi Azər Məmmədov , Şərur rayon İH Başçısının müavini İmran Əliyev, Şahbuz rayon İH Başçısının müavini Tural Quliyev, AzKİL LİQ Ətraf mühit üzrə eksperti Telman Zeynalov, Naxçıvan zonasına daxil olan icmaların nümayəndələri,”Finca” Qeyri – Bank Kredit Təşkilatının Naxçıvan filialının əməkdaşı Vüsal Məmmədov, Naxçıvan MQ Qızıl Aypara Cəmiyyətinin Nümayəndəsi Yaşar Məmmədov, dövlət və qeyri-dövlət strukturlarının təmsilçiləri iştirak etdilər. İştirak edən dövlət və qeyri-dövlət strukturlarının təmsilçiləri tərəfindən qaldırılan problemlər, verilən təkliflər , yönləndirilən suallar və digər məqamlar ekoloq Telman Zeynalov, AzKİL LİQ direktor müavini Gülbəniz Qənbərova tərəfindən ətraflı cavablandlrlldı və gələcək inkişaf perspektivlərinə dair faydalı müzakirələrin davamı oldu. Bunlarla yanaşı Ekologiya və Ətraf Mühitin Mühafizəsi sahəsində Muxtar Respublikada icra edilən işlər, gələcək plan və inkişaf fəlaiyyətləri haqqnda Naxçıvan MR Ekologiya Nazirliyinin Nümayəndəsi təfsilatlı məlumatlar verdi. Maraqla keçən görüşdə Naxçıvan MR Rəhbərliyinin Ekologiya və Ətraf Mühit Mühafizəsi üzrə görülən işlərdə diqqət və qayğısının yüksək olduğu vurğulandı, qeyd olundu ki, Naxçıvanda bu sahədə həyata keçirilən işlər yaxşı təcrübə və bariz nümanədir.
    Görüş aktiv iştirakçılıq, qarşılıqlı müzakirələr və gələcək layihələrə dair əhəmiyyətli informasiya fikir mübadiləsi fonunda başa çatdırıldı.

    Bölmələr: ---