» Göygöl şəhərində Ekologiya və Sosial İdarəetmə üzrə sənədinin dinləməsi baş tutdu

Göygöl şəhərində Ekologiya və Sosial İdarəetmə üzrə sənədinin dinləməsi baş tutdu

Baxılıb: 215

  • Tarix: 27-12-2017, 09:08
  • Bu gün Şimal-Qərb Regional Əmiliyyatlar Ofisinin təşkilatçılığı ilə Göygöl şəhərində “AzKİL-3 Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədi” nin təqdimatı və geniş müzakirəsi həyata keçirildi. Görüşdə AzKİL LİQ İcma inkişafı və Bacarıqların artırılması üzrə menecer Gülbəniz Qənbərova, Şimal-Qərb zonası üzrə Proqram mütəxəssisi Xudayar Gülmalıyev, Göygöl rayon İcra Hakimiyyətində şöbə müdiri İlqar Məmmədov, AzKİL LİQ Ətraf mühit üzrə ekspert Telman Zeynalov, Şimal-Qərb zonasının 7 rayon üzrə 23 icması və regionda fəaliyyət göstərən Ekoloji Renesans İctimai Birliyi, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İctimai Birliyi, Bilik və İnnovasiya İctimai Birliyinin təsisçiləri tədbirdə iştirak etdilər. Görüş zamanı hər bir iştirakçının fikri maraqla dinlənilərək səmərəli informasiya mübadiləsi təşkil olundu, iştirakçılar öz rəy və təkliflərini irəli sürərək, onları maraqlandıran bir çox suallara cavab tapdılar. Tədbirin yekunu olaraq qeyd olundu ki, zərurətdən irəli gələn bir sıra ekoloji icma layihələrinin həyata keçirilməsi də AzKİL-3 dövründə öz əksini tapacaqdır.

    Bölmələr: ---