» Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədinin İctimai Dinləməsi Baş Tutdu

Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədinin İctimai Dinləməsi Baş Tutdu

Baxılıb: 188

  • Tarix: 25-12-2017, 23:48
  • Bu gün İsmayıllı rayonunda AzKİL-3 Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədinin İctimai Dinləmə görüşü keçirildi
    Görüşdə AzKİL LİQ İcma inkişafı və Bacarıqların artırılması üzrə menecer Gülbəniz xanım Qənbərova, Şimal zonası üzrə Proqram mütəxəssisi Akif Kərimli, İsmayıllı rayon İcra Hakimiyyətində şöbə müdiri Rüstəm Səmədov, AzKİ LİQ Ətraf mühit üzrə ekspert Telman Zeynalov, Şimal zonasına daxil olan icmaların nümayəndələri və həmçinin regionda fəaliyyət göstərən Gənclərin Anti-Narkomaniya İB,Əlillərə Dəstək İB,Qəbələ Regional Gənclərin Resurs MərkəziİB,Ekologiyanın qorunmasına köməkİB,ŞəmsGənc Ailələrə Dəstək İB kimi 5 müxtəlif istiqamətli ictimai birliklər, Azərbaycan Qızıl Aypara Cəmiyyəti İsmayıllı rayon bölməsi, İsmayıllı Regional Ekologiya şöbəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi kimi dövlət və qeyri-dövlət strukturlarının təmsilçiləri iştirak etdilər. İştirak edən dövlət və qeyri-dövlət strukturlarının təmsilçiləri tərəfindən qaldırılan problemlər, suallar və digər məqamlar ekoloq Telman Zeynalov tərəfindən ətraflı şərh edildi və gələcək inkişaf perspektivlərinə dair faydalı müzakirələr oldu. Görüş aktiv iştirakçılıq, qarşılıqlı müzakirələr və gələcək layihələrə dair əhəmiyyətli informasiya fikir mübadiləsi fonunda həyata keçdi.
    AzKİL-3 ün Regionların inkişafına dair maliyyələşdirəcəyi İcma layihələri zamanı həyata keçiriləcək hər hansı tikinti işləri zamanı və onların istismarı dövründə podratçılar və icma nümayəndələri tərəfindən ətraf mühitin idarə edilməsi qaydalarının şərhi təqdim olundu.

    Bölmələr: ---