Bu gün Masallıda AzKİL mühəndislərinə "5-ci kateqoriyalı yolların texnologiyası" mövzusunda təlim verildi. Təlimi Dünya Bankının təcrübəli Mühəndis-məsləhətçisi Dr. Asif Faez aparırdı. Təlim iştirakçıları həmçinin Masallı rayon, Qızılağac kəndinə səfər edərək AzKİL tərəfindən bərpa ediləcək kənd yollarının ilkin vəziyyəti ilə tanış oldular. Dünya Bankı mühəndisi kənd yollarının layihələndirilməsi ilə bağlı AzKİL mühəndislərinə dəyərli məsləhətlər verdi.