» DÜNYA BANKININ TOPLANTISINDA AZKİL-İN UĞURKARI MÜZAKİRƏ EDİLİB

 
 
 

DÜNYA BANKININ TOPLANTISINDA AZKİL-İN UĞURKARI MÜZAKİRƏ EDİLİB

Baxılıb: 65

  • Tarix: 18-10-2017, 10:17
  • Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən Layihənin uğurları Dünya Bankının illik toplantısında müzakirə edilib. Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün hazırlanmış Coğrafi İnformasiya Sistemi Vaşinqtonda ali qurumun 17-ci illik toplantısında təqdim olunub. Dünya Bankının eksperti Tara Şarafuddin bildirib ki, layihə kənd ərazilərində yaşayan əhalinin 50 faizi üçün infrastruktur xidmətlərindən istifadəni artırmaq və yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün mikro-layihələrə investisiyalar qoyan kənd icmalarında təsərrüfatlara yardım etmək üçün Dünya Bankı ilə birlikdə hazırlanıb. Coğrafi informasiya sistemi 2005-ci ildən fəaliyyətə başlayıb və ikinci mərhələsi tamamlanmaqda olan kənd investisiya layihəsi çərçivəsində icra olunmuş bütün alt-layihələri əks etdirir. Azərbaycanın 56 rayonunda 1999 sub-layihəni əhatə edən sistem tətbiq şəklində hazırlanıb və mütəmadi olaraq yenilənir.
    2005-ci ildən bəri 12 il ərzində layihə Azərbaycanın kənd yerlərini transformasiya edib. İndi yaxşılaşdırılmış yollar, irriqasiya sistemi, içməli su, elektrik şəbəsi, məktəblər, tibbi müəssisələri3,5 milyon kənd əhalisi üçün xidmət edir. Bu da ümümi kənd əhalisinin 70 faizini təşkil edir. Layihə 56 rayonda icra edilir. İndi layihənin 3-cü fazasını hazırlayırıq Bu faza kənd yerlərində yaşayan qadınların sosial və iqtisadi imkanlarının gücləndirilməsinə hesablanıb. Fikrimcə, bu layihə kənd yerlərinində iqtisadiyyatın diversifikasiyasına gətirib çıxaracaq. Bu da Azərbaycan hokümətinin vacib prioritetidir.
    Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə bildirib ki, bu layihə yoxsulluğun azaldılması istiqamətində Azərbaycanın səylərinə mühüm töhfə verir. Layihə yerli müəssisələri gücləndirmək üçün yüksək keyfiyyətli kənd infrastrukturunun və yaşayış vasitələrinin təmin edilməsinə yönəlib. Məlumat verilib ki, layihədən faydalanan 3,3 milyondan çox adamdan 51 faizi qadındır. Layihə kənd əhalisinin əmək miqrasiyasının 24 faizdən çox azalmasına töhfə verib.
    Qeyd olunub ki, coğrafi məlumat sisteminin ən böyük üstünlüyü onun şəffaflığıdır. Sistem həm dövlət, icma və xeyriyyə gəlirlərinə nəzarət etmək imkanı yaradır, həm də bir-birinin fəaliyyətini izləməklə, icmalar arasında rəqabət imkanını gücləndirir, onları faydalı və dayanıqlı layihələrin hazırlanması və həyata keçirilməsinə sövq edir.

    DÜNYA BANKININ TOPLANTISINDA AZKİL-İN UĞURKARI MÜZAKİRƏ EDİLİB

    DÜNYA BANKININ TOPLANTISINDA AZKİL-İN UĞURKARI MÜZAKİRƏ EDİLİB

    DÜNYA BANKININ TOPLANTISINDA AZKİL-İN UĞURKARI MÜZAKİRƏ EDİLİB

    DÜNYA BANKININ TOPLANTISINDA AZKİL-İN UĞURKARI MÜZAKİRƏ EDİLİB

    DÜNYA BANKININ TOPLANTISINDA AZKİL-İN UĞURKARI MÜZAKİRƏ EDİLİB

    Bölmələr: ---