» Naxçıvanın bütün bölgələrində mühüm infrastruktur layihələri reallaşdırılıb

 
 
 

Naxçıvanın bütün bölgələrində mühüm infrastruktur layihələri reallaşdırılıb

Baxılıb: 31

  • Tarix: 24-08-2017, 16:52
  • Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Dünya Bankının layihə üzrə Tapşırıq Qrupunun rəhbərləri Satoşi İşihara və Tara Şarafudin Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olublar. Onlar Naxçıvanda layihələrlə bağlı fikir mübadiləsi aparıblar.
    NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, qonaqlar muxtar respublikaya səfərlə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüblər. Naxçıvan Muxtar Respublikasına səfərlərinin məqsədi barədə danışan Satoşi İşihara deyib: “Biz buradakı tərəfdaşlarımızla görüşmək, muxtar respublika iqtisadiyatının davamlı inkişafı və şaxələndirilməsi, həmçinin insan kapitalının inkişaf etdirilməsinin dəstəklənməsi sahəsində Dünya Bankının fəaliyyətinin mümkün istiqamətləri barədə müzakirələr aparmışıq. Eyni zamanda, layihənin 3-cü fazasının həyata keçirilməsi üçün hazırlıqlar haqqında fikir mübadiləsi apardıq. Bu layihənin məqsədi kənd yaşayış məntəqələrində infrastruktur xidmətlərinin yaxşılaşdırılması, bələdiyyələrin fəaliyyəti, kənd təsərrüfatı məhsulları istehsalının dəstəklənməsi və sair haqqında olacaq”.
    Əvvəllər də Naxçıvana gəldiyini bildirən S.İşihara qeyd edib ki, ötən müddətdə muxtar respublikada çox böyük müsbət dəyişikliklər baş verib. Bütün bölgələrdə mühüm infrastruktur layihələri həyata keçirilib. Xüsusilə kəndlərdə əhalinin yaşayıb fəaliyyət göstərməsi üçün mühüm addımlar atılıb, yeni yollar çəkilib, xidmət obyektləri istifadəyə verilib, bələdiyyələrin fəaliyyəti üçün lazımi şərait yaradılıb.
    Naxçıvana ilk dəfə səfər etdiyini deyən xanım Tara Şarafudin deyib ki, muxtar respublikaya səfər çərçivəsində layihə ilə bağlı keçirilən görüşlərdə fikir mübadilələri apardıq: “Düşünürəm ki, qarşılıqlı anlaşmalar gələcək uğurlarımızın əsasını təşkil edəcək. Eyni zamanda, bunu xüsusilə vurğulamaq istərdim ki, burada bələdiyyələrin fəaliyyəti üçün lazımi şərait mövcuddur. Onlar ətraf mühitin qorunmasına, məişət tullantılarının daşınmasına öz töhfələrini verirlər. Naxçıvan şəhəri ilə yanaşı, kəndlərdə də təmizlik çox ciddi şəkildə qorunur. Regionla bağlı çox pozitiv təəssüratlara sahib oldum. Bunu da qeyd etmək istərdim ki, Naxçıvan yeniliklərə açıq, bu nümunəvi yenilikləri daim özündə tətbiq edən bir diyardır. İnanıram ki, qarşılıqlı əməkdaşlığımız görülmüş işlərə əlavə töhfə verəcək”.(azertac)

    http://naxcivanxeberleri.com/naxcivanin-butun-bolg%C9%99l%C9%99rind%C9%99-muhum-infrastruktur-layih%C9%99l%C9%99ri-reallasdirilib/

    Naxçıvanın bütün bölgələrində mühüm infrastruktur layihələri reallaşdırılıb

    Naxçıvanın bütün bölgələrində mühüm infrastruktur layihələri reallaşdırılıb

    Bölmələr: ---