» MƏRAKEŞ KRALLIĞINDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

 
 
 

MƏRAKEŞ KRALLIĞINDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

Baxılıb: 285

  • Tarix: 7-11-2016, 14:24
  • Bu ilin May ayında Yoxsulluq və sosial təcridolunmaya qarşı ictimai siyasət mövzusunda Rabat şəhərində Beynəlxanq Konfrans keçirildi. Tədbirin təşkilatçıları Dünya Bankı və Mərakeşin Ərazilər Nazirliyi ilə birgə həyata keçirilən Əhalinin İnkişafına Milli Təşəbbüs Layihəsi idi.
    Tədbirdə Dünya Bankı, Mərakeşin müxtəlif Nazirlikləri, özəl sektor və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, həmçinin Dünya Bankının Nigeriya, Burundi, Qabon, Filippin, Azərbaycan, Hindistan, İndoneziya, Bolqarıstan, Fransa, Benin və Efiopiyada həyata keçirdiyi İcma İnkişafı Layihələri təmsil olunurdu. Tədbirin məqsədi yoxsulluq və ictimai riskin azaldılmasında ən qabaqcıl İcma İnkişafı Layihələrinin təcrübələrini bir araya gətirmək və eyni zamanda özünün 10 illik yubileyini qeyd edən tədbirin ev sahibi Əhalinin İnkişafına Milli Təşəbbüs Layihəsinin nailiyyətlərini Beynəlxalq İctimaiyyətə təqdim etmək idi.
    İki gün davam edən bu tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2005-ci ildən bəri müxtəlif Agentliklər və Xidmət vasitəsi ilə həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi də öz uğurlarını təqdim etdi. Təqdimat AzKİL-in İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova tərəfindən aparıldı. İcma Əsaslı İnfrastruktur, Gəlirgətirən və Birləşdirici Yollar Layihələrinin ölkənin kənd ərazilərinin inkişafında, insanların infrastruktura çıxışı və həyat şəraitinin yaxşılaşdırılmasında rolu, AzKİL-in modeli - şəffaflıq, planlaşdırma, xüsusilə də mikrolayihələrin seçilməsi, hazırlanması və həyata keçirilməsində kənd əhalisinin möhtəşəm iştirakı konfrans iştirakçılarının böyük marağına səbəb oldu. Bu, təqdimat sessiyası zamanı və fasilələrdə iştirakçıların, əsasən də Mərakeş QHT-lərinin təqdimatçıya ünvanlanan çoxsaylı suallarında özünü büruzə verirdi.
    Tədbirin ikinci günündə yerli Əhalinin İnkişafına Milli Təşəbbüs Layihəsi çərçivəsində əksəriyyəti qadınların ehtiyacı və iştirakı ilə yaradılmış Kənd Təsərrüfatı Kooperativlərinin sərgisi keçirildi. Sərgidə kooperativlərin nailiyyətləri, geniş çeşidli kənd təsərrüfatı məhsulları və yerli texnologiyaların nümayiş etdirilməsi ilə yanaşı səhra qadınlarının təşkilatlanması, öz əl işlərini və məhsullarını istehsal edib bazara çıxarmaq və gəlir əldə etmək bacarıqlarını inkişaf etdirməsi də iştirakçılarda böyük maraq oyatdı.

    MƏRAKEŞ KRALLIĞINDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

    MƏRAKEŞ KRALLIĞINDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

    MƏRAKEŞ KRALLIĞINDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

    MƏRAKEŞ KRALLIĞINDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

    MƏRAKEŞ KRALLIĞINDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

    MƏRAKEŞ KRALLIĞINDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

    MƏRAKEŞ KRALLIĞINDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

    Bölmələr: ---